Yuxarı

“Şərikli çörək”lə bağlı gizli fakt: Moskvanın mühüm qərarı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Şərikli çörək”lə bağlı gizli fakt: Moskvanın mühüm qərarı

Bu gün görkəmli rejissor Şamil Mahmudbəyovun (1924-1997) doğum günüdür.

Kult.az Şamil Mahmudbəyovla bağlı 10 faktı təqdim edir:

1. Ş.Mahmudbəyov 1943-cü ildə Böyük Vətən Müharibəsinin qanlı döyüşlərində iştirak edib. 1945-ci ildə ağır yara alıb, bir müddətlik cəbhədən uzaq düşsə də, yenidən hərbi hissəyə qayıdıb.

2. Rejissoru olduğu “Şərikli çörək” filminə görə Şamil Mahmudbəyova Azərbaycan SSR Dövlət Mükafatı verilib.

3. Onun “Şərikli çörək” filmi Sovet dönəmində İkinci Dünya müharibəsilə bağlı yaradılmış ekran işləri arasında ən yaxşı şəhər filmi kimi qiymətləndirilib.

4. Ş.Mahmudbəyov eyni zamanda aktyor kimi “Yenilməz batalyon” filmində Qaçaq Əlimərdan rolunu, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş “Fəryad” bədii filmində isə erməni Samvelin obrazını böyük ustalıqla ifa edib.

5. Uşaqlarla işləməyi çox sevən Şamil müəllim bəzən səhnələrin təbii alınması üçün onları hansısa yalan xəbərlərlə ağladırdı.

6. Ş.Mahmudbəyov 1966-cı ildə özünün yazdığı ssenari əsasında “Qaraca qız” kinonovellasını çəkib. Bu kinoalmanax 1967-cı ildə Tiflisdə Zaqafqaziya və Ukrayna respublikalarının I zona kinofestivalında diplom və prizə layiq görülüb.

7. Sənətkar “Şərikli çörək” filmini elə ustalıqla yaradır ki, bu ekran işinin sədası Avropadan eşidilir. Hətta filmdəki Qırçı Məhəmmədə (Fazil Salayev) İtaliyadan təklif də gəlir.

8. Deyilənə görə, “Şərikli çörək” filminə Bakıda aşağı qiymət verilib və bundan sonra Şamil Mahmudbəyovun ən azı 10 il bədii film çəkməkdən məhrum edilməsi məsələsi gündəmə gəlib. Lakin Moskva filmi yüksək qiymətləndirib və bu ehtimal aradan qalxıb.

9. Şamil Mahmudbəyovun “Divar” və “İnsan” adlı ekran işləri yarımçıq qalıb.

10. Ş.Mahmudbəyov “Romeo mənim qonşumdur”, “Qaraca qız”, “Həyat bizi sınayır”, “Dərviş Parisi partladır”, “Od içində” kimi məşhur filmlərimizin rejissoru olub.

Tarix
2019.12.05 / 18:00
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla