Yuxarı

Seçki deyil, əsl “divlər yarışı"dır!

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Seçki deyil, əsl “divlər yarışı"dır!

Parlament seçkisi xeyli vaxtdır start götürüb. Bir-birinin ardınca elə maraqlı hadisələr baş verir ki...

Tanınmış jurnalist, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Ümid Partiyasının sədri İqbal Ağazadə ilə 35 saylı Xətai 3-cü seçki dairəsində bir-birinə qarşı mübarizə aparacaq.

İllərin dostu, “xlebniki”...

Tanınmış jurnalistlər Zahir Əzəmətlə Ceyhun Musaoğlu 45 saylı Abşeron seçki dairəsində üz-üzə gələcək.

İllərin dostu, həmkarı...

Hələ bu harasıdır? Putinin dostu, məşhur hüquq professoru İlham Rəhimov 105 saylı Tovuz seçki dairəsindən namizəd ola bilər, çün rayon ziyalıları müraciət yayıblar. Bu rayondan isə Milli Məclisin ən aktiv deputatlarından olan Qənirə Paşayeva namizədliyini verib.

Bu yandan MM-in digər nüfuzlu deputatı Qüdrət Həsənquliyev həmişə seçildiyi 7 saylı Ordubad-Culfa dairəsindən deyil, 36 saylı Xətai dördüncü seçki dairəsindən namizədliyini irəli sürdü. Bu dairədən ötən seçkidə yenə də MM-in ən aktiv və AŞPA-da Azərbaycanı kifayət qədər peşəkar təmsil edən Səməd Seyidov deputat seçilmişdi.

Əcəba, Qüdrət Həsənquliyev Səməd Seyidovlamı yarışacaq?

Tanınmış jurnalistlər Ləman Ələşrəfqızı, Afət Telmanqızı, Aygün Muradxanlı, hüquq müdafiəçiləri Səməd Vəkilov, Cavad Cavadov, Fərhad Mehdiyev, ekspertlər Kamran Əsədov, Natiq Cəfərli, Erkin Qədirli, Vüqar Bayramov və daha kimlər-kimlər...

Deyəsən, bu seçkilərdə namizəd olmayan bir elə mən qalmışam.

Həə, hələ əsas məsələ qarşıdadır, axı! Seçkilərin favoriti – YAP seçki siyahısını təqdim etməyib. YAP siyahını açıqlayandan sonra lap mərəkə qopacaq.

Bu seçki əvvəlki seçkilərin heç birinə bənzəməyəcək. Əsl “divlər” yarışıdır sanki!

Təsəvvür edə bilirsinizmi?

Mən ha çalışıram, təxəyyülümün imkanlarını ha səfərbər edirəm, bir nəticə hasil edə bilmirəm.

Bəs, siz?

Tarix
2019.12.25 / 11:25
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla