Yuxarı

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Öz təbiətimə və təhsilimə görə oğru aləmindən daha çox doğru aləminə yaxın adamam. Ən azı, elmlər namizədiyəm, jurnalistəm, özümü xalqımın taleyi üçün cavabdeh hesab edirəm. Amma bununla belə, mənim Lotu Bəxtiyar adlı avtoritetlə tanışlıığım olub, hətta xatirələrim qalıb. Danışmaq istəyirəm...

Yazılarımda da dəfələrlə qeyd etdiyim kimi, 90-cı illərdə mən bir müddət Rusiya Federasiyasının Sverdlovsk vilayətində yaşamışam və işləmişəm. Həmin dövrdə Nijni Tagil şəhərində “Azəri” cəmiyyətinin ikinci vitse-prezidenti olmuşam.

Günlərin bir günü dedilər ki, Bəxtiyar Nijni Tagilə gəlir. Doğrusu, uçmağa qanadım olmadı, mən təbiətcə filosofam. Bəxtiyar da bizim filosof şairdir, Nəsimidən sonra bu adı daşıyanlardan biridir. Nə isə, Bəxtiyar haqqında bildiklərimi, atamdan eşitdiklərimi (mənim mərhum atam şair olub, bir neçə şeir kitabı qalıb!) bizim prezidentə çatdırdım. Kişi mənim izahatımı dinlədi, uğunub getdi. Dedi, kişi, Tagilə Bəxtiyar Vahabzadə yox, Lotu Bəxtiyar qonaq gəlir...

Siz məni qınamayın, mən 1992-ci ilə qədər bu adı eşitməmişdim. Dedim, qardaş, bu kimdir belə, niyə gəlir?! Dedi, mən dəvət etmişəm, bizim “Azəri” cəmiyyətini Nijni Tagilin avtoriteti Karo qəbul etmir. Deyirlər, onun Lotu Bəxtiyarla münasibəti yaxşıdır. İkisi də avar Maqomedin (Qafqazda ən nüfuzlu avtoritetlərdən biri – idi?!) dostudur, necə deyərlər, dostumun dostu mənim dostumdur.

Qərəz, Bəxtiyarın görüşünə hazırlaşmağa başladıq. Mən biznes işlərimlə əlaqədar Moskva səfərimi təxirə saldım. Amma mərhum Lotu Bəxtiyarın Tagilə gəlişi bizim işlərə böyük ziyan vurdu. Vacib bir məqamı da qeyd edim ki, bizim cəmiyyətin işinə dəstək verənlər, əsasən bazar adamları və polis əməkdaşları idi. Ziyalı təbəqəsi – müəllimlər, həkimlər bizdən uzaq qaçırdılar və millətin xeyrinə-şərinə yaramırdılar. Bunlar bir qayda olaraq, pul xərcləməyin düşməni, müftə yeməyin dostudurlar.

Lotu Bəxtiyar da “malyava” göndərmişdi ki, mənim məclisimdə “itlər” iştirak etməməlidir. Kimin it olmağı, təbii ki, çətin məsələdir. Amma bu xəbər bizim cəmiyyətin polis üzvlərinə çox pis təsir etdi, bir hissəsi bizim cəmiyyəti tərk etdi. Amma Canpolad, Sanqam kimi oğlanlar (indi sağdırlarsa və ayaqdadırlarsa, Allah kömək olsun!) bizim cəmiyyətə gəldi.

Bizim prezidentin şəhərdə “Lastoçka” adlı restoranı vardı, biz orda Lotu Bəxtiyarı qəbul etdik, şəninə qonaqlıq verdik. Tədbirin aparıcılığını mən edirdim. Dostlara maraqlı olar deyə, 92-ci ilin Bəxtiyarını təsvir edim. Mən ortaboylu adamam, hardasa 170-172 olaram, Lotu Bəxtiyar boyda məndən balacaydı. Hardasa, həmin dövrdə hind kinolarında hakim obrazını oynayan aktyorları xatırladırdı, qarayanız, gözəgəlimli adamdı. Təsəvvür edin ki, bütün məcllisdə (hardasa 30-40 adam iştirak edirdi) iki eynəkli adam vardı - biri mən, o biri Bəxtiyar.

Qonağımız arada bir dəfə məclisi tərk etdi, hətta məndən, məclisin sahibindən halallıq istəmədi. Bizim prezident sonradan mənə dedi ki, qonağımızın problemi var, iynəyə oturub.

Məclisdə bayaq adını çəkdiyim və indi (üstündən 25 il keçsə də) hörmətlə xatırladığım Canpolad ayağa qalxdı və qonağa bizim sualı ünvanladı:

“Biz burda bütün millətlərdən çoxuq, amma haqlı sözümüzü deyə bilmirik. Bəlkə siz Karoya ağız açasız, azərbaycanlı bir “polojenes” təyin etsin, bizim mübahisəli işlərimizi həll etsin”. Bəxtiyar ayağa qalxdı və hamı diqqətlə qulaq asdı. Bəxtiyar indi də mənim anlaya bilmədiyim qəribə bir fikir söylədi: ”Sən bilirsənmi ki, lotunun məclisində əyləşmisən?!”

Canpolad təbiətinə uyğun hərəkət etmək, etiraz etmək istədi. Onun mübariz təbiəti, Azərbaycan kişisinə xas hündür qaməti indi də gözümün önündədir. Bu kişi Allahdan başqa heç kimin qabağından çəkilməzdi...

Bizim prezident ayağa durdu (o, yaşda Canpoladı vururdu) və Canpolad oturdu...

Sonra dedilər ki, Bəxtiyar Tagildən gedəndə Karo ona QAZ-31 bağışlayıb...

Tarix
2019.12.27 / 01:44
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla