Yuxarı

İmanov, niyə ən pisi seçdiniz?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvarın hüzn və qürurunu növbəti dəfə yaşadığımız bu günlərdə dolayı yolla da olsa, bu qırğınla səsləşən bir məsələ diqqətimi çəkdi:

“Parni iz Baku” KVN komandası “Ağanatiq 2” komediya filminin təqdimat mərasimini fevralın 23-nə təyin edib.

Bildiyimiz kimi, 23 fevral – rus donanmasının yarandığı gündür və SSRİ dövründə Ordu Günü kimi qeyd edilib. Bu o ordudur ki, Azərbaycanı işğal edib, müsəlman şərqində ilk respublikanın varlığına son qoyub.

Bu, 20 Yanvar qətliamını törədən ordudur.

Amma mənim məqsədim Sovet ordusunu və KVN komandasını söymək deyil.

Əvvəla onu deyək ki, “Ağanatiq”in müəllifləri – Cabir İmanov və Tahir İmanov qardaşları görkəmli bəstəkarımız Süleyman Ələsgərovun nəvələridir. Yəni bu şəxslər ziyalı nəslinin nümayəndələridir. Ziyalı isə həm də xalqın özü, siması deməkdir.

Təbii, onlar Süleyman Ələsgərovun adı olmadan da hörmət və sevgini haqq edirlər. Çünki illərdir bir-birindən maraqlı səhnəcikləri ilə Azərbaycanda satira janrını yaşadırlar. KVN bəzən müəyyən sosial mövzulara da toxunub, məmurları özünəməxsus şəkildə tənqid edib.

“Parni iz Baku” KVN komandasının gördüyü işlərdən yaxşı mənada çox danışmaq olar. Ancaq onların “Ağanatiq”in təqdimatını Azərbaycana “düşmən olan” bir tarixə salmasına söz tapmaq olmur.

Adam istər-istəməz məyus olur ki, qardaş, niyə də? Təqvimdə 365 gün var, bunu niyə fevralın 23-nə salırsınız? Axı bilirsiniz ki, bu tarix bizim üçün hansı mənfi assosiasiya doğurur?

Hazırda dünyanın müxtəlif ölkələrində, hətta ABŞ-ın özündə belə az qala ifrat millətçilik prosesi start götürüb. Bəs siz niyə belə eləyirsiniz? Niyə millətinizə ağır günlər yaşatmış bir ordunun tarixini dolayı yolla qeyd edirsiniz? Bunu etməkdə hədəfiniz nədir?

Axı, bu xalq sizi çox sevir!..

Təqvimdə tarixmi qəhətdir? Məsələn, konsert üçün hansısa görkəmli komediya aktyorumuzun doğum gününü də seçmək olardı.

Bax, bu olardı Azərbaycan mədəniyyətinin ikiqat təbliği. İndiki halda isə təəssüf ki, KVN-çi dostlarımızın sovet ordusunu təbliğ edirmişlər kimi bir mənzərə yaranır.

Bunu hansısa bayağı müğənni, şou adamı eləsəydi, əlimizi yelləyib keçərdik. Amma “Parni iz Baku” KVN komandası edəndə məsələnin rəngi dəyişir. Çünki bu komanda satiradan istifadə edir, submesajlar verməklə məşğuldur, sətiraltı informasiyalar ötürür.

23 fevralda təqdimat keçirməyin “submesajı” nədir bəs?

Tarix
2020.01.23 / 00:18
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla