Yuxarı

Alim Paşinyanın “Tiqran iddiası”nı darmadağın etdi - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alim Paşinyanın “Tiqran iddiası”nı darmadağın etdi - Video

08:30

Ermənilər öz ərazi iddialarını əsaslandırmaq üçün başlıca olaraq bundan çıxış edirlər ki, b.e. əvvəl 95-70-ci illərdə hakimiyyətdə olmuş ll Tiqran yaranmış əlverişli şəraitdən istifadə edərək bir sıra qonşu ölkələrin, o cümlədən də Albaniyanın bəzi ərazilərini tutub və 10-15 il işğal altında saxlayıb. Sonra isə Roma sərkərdəsi Pompey Tiqranı məğlub edib və Roma vassallığını qəbul etmək müqabilində həmin əraziləri öz sahiblərinə qaytarıb.

Kult.az xəbər verir ki, bu barədə filologiya elmləri doktoru, professor Kamil Allahyarov qeyd edib. O bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransındakı debat zamanı “erməni kralı” Böyük Tiqranın romalı Pompeylə danışıqlar aparan zaman Azərbaycan adlı ölkənin olmamasını deməsi tamamilə absurd yanaşmadır:

“Ermənilər belə hesab edirlər ki, məhz bu 10-15 illik işğal onlara həmin ərazilərə əbədi sahiblik hüququ verib.
Əvvəla, Tiqranın ermənilərə qəti aidiyyəti yoxdur. Bəzi elmi araşdırmalara görə Tiqran sak (arşaki/ərşaki), bəzilərinə görə isə parfiyalıdır.

İkincisi, həmin ərazilər Tiqrandan əvvəl 350 il Əhəməni dövlətinin, 100 il yunanların (İsgəndər və davamçılarının), Tiqrandan sonra isə təqribən 300 il parfiyalıların, 350 il sasanilərin, 400 il ərəblərin, son min il isə türklərin hakimiyyəti altında olub. Paşinyandan soruşmaq lazımdır ki, nəyə görə bu çoxəsrlik istilalar hakim xalqlar üçün “əzəli və əbədi sahiblik hüququ” yaratmayıb, ancaq Tiqranın 10-15 illik işğalı ermənilər üçün belə hüquqlar yaradıb? Dünyanın heç bir yerində olmayan belə özəlləşdirmə hüquqlarını ermənilərə kim verib və onlar harada yazılıb?”.

Professor etnologiya elmindəki aksioma da diqqət çəkib:

“Hətta elmə az-çox məlum olan son 6 min il ərzində belə, dünyada elə bir ərazi yoxdur ki, onun əhalisi bir neçə dəfə dəyişməsin və ya bir-birilə qarışmasın. Elə bu faktın özü “tarixi hüquqlar” məsələsini mənasız edir. Həm də belə əsassız iddialar bütün müasir xalqlar arasında müharibələrə səbəb ola bilər”.

Tarix
2020.02.20 / 13:05
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Meloninin səfərinə hazırlıq: Əmirbəyov Çirielli ilə görüşdü

Erməni general yenə Hindistandadır

Türkiyə və Ermənistan nümayəndələri Qarsda görüşdülər

Azərbaycan və Monteneqro siyasi məsləhətləşmələr keçirdi

Zelenski İrəvana gəlir - Kreml hərəkətə keçdi

Bayramov BƏƏ-nin dövlət naziri ilə görüşdü

Rusiyadakı səfirimiz Qaluzinlə görüşdü

Zəngəzurun əks olunduğu bu yöndəmsiz nişan…

Türkiyə F-16-ları Azərbaycanda - Foto

Məmdaninin Bakıya qarşı mövqeyinin əsl səbəbi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla