Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
3 Aprel 2020


Stalinin oğurlatdırdığı azərbaycanlı milyonçu - Faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın məşhur milyonçularından olan Ağa Musa Nağıyevin (1848-1919) anım günüdür.

Kult.az Ağa Musa Nağıyevlə bağlı 9 faktı təqdim edir:

1. Sonralar məşhur milyonçuya çevrilən Musa Nağıyev saman satan kişinin övladı olub.

2. Musa Nağıyev gənc yaşlarında böyük zəhmət hesabına pul yığıb və Balaxanıda neft təbəqələri dayazda yerləşən, quyu qazdırmaq nisbətən asan olan yerdə balaca sahə alıb. Bəzən özü də fəhlələrlə birlikdə işləyib. Həmin sahədə neftin fontan vurmasından sonra varlanıb.

3. Rus çarı II Nikolay Musa Nağıyevi “Neftin kralı” adlandırıb.

4. Əzəmətli İsmailiyyə binasının, Bakı Realni məktəbinin, indiki Ağa Musa Nağıyev xəstəxanasının, Bakı su kəmərinin, uşaq sığınacağının və başqa əhəmiyyətli tikililərin inşasında onun böyük rolu olub.

5. İosif Stalin gənc ikən milyonçu Musa Nağıyevi oğurlatdırıb və ondan 100 min tələb edib. M.Nağıyev isə “10 min verə bilərəm, amma məni öldürsəniz, heç bunu da ala bilməyəcəksiniz” deyib.

6. O, çoxlu xeyriyyə işləri görməsinə baxmayaraq, xəsis kimi tanınıb.

7. Ağa Musa Nağıyev bəhai məzhəbini qəbul etmiş, İsmailiyyə binasının əsas fasadında Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu.

8. Milyonçunun sağlığında 690 milyon rubl sərvəti olduğu bildirilir.

9. Deyilənə görə, M.Nağıyevin oğlu İsmayıl ağır durumda olanda həkimlər müalicənin İsveçrədə mümkün olduğunu deyiblər. Bunun üçün isə 50 min rubl tələb olunub. Milyonçu buna razı olmayıb. Sonradan İsmayılın vəziyyətinin daha da ağırlaşdığını görüb onu İsveçrəyə göndərsə də, həyatını xilas etmək mümkün olmayıb.

Tarix
2020.03.04 / 17:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ermənistana 15 milyonluq zərbə vuran qəhrəmanımız - Video

Ermənilərə dəstək verən güclər... – Tarixçi faktlar açıqladı

Nuru Paşanın Göyçayda qalan əsgəri - Foto

Avropanın tarixini dəyişən türk – 10 fakt

Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?

Bakı Qalasında doğulub, Malatya Qalasında ölən Almas... – 8 fakt

İsmayıl Şıxlı niyə “indi rahat ölə bilərəm” demişdi? - 10 fakt

Nazir qızına görə boşanan xalq artisti – Axar TV

Novruzda “Həft sin” anlayışı: süfrəyə qoyulan 7 nemətin sirri

Mübarizi təhqirdən “8 marş”a: Nərminin atası ilə şok müsahibə

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla