Yuxarı

İnsan ömrü 1000 il olacaq - Sensasion kəşf

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnsan ömrü 1000 il olacaq - Sensasion kəşf

İllərdir alimlər tərəfindən araşdırılan, amma hələlik bir nəticə əldə edilməyən insanların yaşlanması məsələsi ilə əlaqədar yeni açıqlama verilib.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sahədə araşdırmalar aparan ingilis alim Obti de Qrey 1000 yaşına qədər yaşayacaq insanın hazırda dünyada olduğunu iddia edib.

Qrey ötən 20 il ərzində insanlar arasında yaşlanmanın sürətini azaltmaq fəaliyyətlərində ciddi irəliləyişlərin əldə olunduğunu deyib.

Elm adamı yaşlanmanın dayandırılmasının böyük bir elmi inqilaba yol açacağını bildirib.

Mərkəzi ABŞ-ın Kaliforniya ştatında yerləşən SENS Araşdırmalar Mərkəzi 2009-cu ildə insanların qocalmasını araşdırmaq üçün qurulub. Qrey də burada insan bədənində molekulyar və hüceyrə itkilərinin aradan qaldırılması üçün elmi fəaliyyətlər həyata keçirir.

1000 yaşına qədər yaşayacaq ilk insan haqda suala elm adamının cavabı belə olub:

“Çox güman ki, doğulub, amma hamımız bunun araşdırmaların ilkin mərhələsi olduğunu bilirik. Bu səbəbdən konkret vaxt vermək spekulyasiya olardı. Bu mərhələdə qarışıqlığın qarşısını almaq üçün qlobal iqtisadiyyatı yenidən qurmaq lazımdır. Bu dəyişiklikdə siyasətçilərin üzərinə böyük yük düşür.

Elmin icazə verdiyi səviyyədə sürətli hərəkət etməyimiz üçün lazım olan mənbələrə ehtiyacımız var. Büdcəmiz bir az da artıq olsaydı, sürətimizi iki dəfə artıra bilərdik”.

Tarix
2020.03.05 / 11:51
Müəllif
Kult.az
Digər xəbərlər

ABŞ-dan Naxçıvan açıqlaması

"Korte Bəyannaməsi" qəbul edildi

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla