Yuxarı

23 yaşında ölən dahimiz: Qarabağa son səfər... - Faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
23 yaşında ölən dahimiz: Qarabağa son səfər... - Faktlar

Azərbaycanın görkəmli bəstəkarı, cəmi 23 il yaşamasına baxmayaraq adını musiqi tarixinə yazdırmış Asəf Zeynallının 111 yaşı tamam olur.

Kult.az Asəf Zeynallı ilə bağlı 10 faktı təqdim edir:

1. Asəf Zeynallı 1909-cu ildə Dərbənddə kasıb bağban ailəsində anadan olub. Ailədə üçüncü övlad və sonbeşik olan Asəf atasını hələ bir yaşı olanda itirib.

2. 7 yaşı olanda anası onu Dərbənd realnı məktəbinə qoyub. O, burada uşaq xorunda oxumağa başlayıb, klarnet çalmağı öyrənib. Həmin illərdə Dərbənddəki şəhər parkında konsertlər verib.

3. Asəf 11 yaşı olanda ailəsi ilə Bakıya köçüb. Əvvəlcə hərbi məktəbin nəzdində nəfəsli orkestrdə truba çalmağı öyrənib, sonra Bakı Musiqi Texnikumunun truba, violonçel, fortepiano siniflərində təhsil alıb.

4. O, Azərbaycan Dövlət Konservatoriyasında professional bəstəkarlıq təhsili almış ilk bəstəkardır.

5. Asəf Zeynallının inkişafında dahi bəstəkar Üzeyir Hacıbəylinin böyük rolu olub. O, 1931-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib. Üzeyir bəydən xalq musiqisinin əsaslarını öyrənən Asəf sonralar Azərbaycanın ən uzaq guşələrinə gedərək, xalq mahnılarını toplayıb.

6. Qara Qarayev, Tofiq Quliyev, Cövdət Hacıyev kimi görkəmli bəstəkarlar onun şagirdləri olub.

7. Asəf Zeynallı Səid Rüstəmov, Əşrəf Həsənov və Fuad Əfəndiyevlə birgə ilk “İbtidai not savadı” dərsliyini tərtib edib.

8. O, ilk milli romansların, fortepiano və skripka üçün miniatür pyeslərin, ilk simfonik nümunələrin müəllifi kimi Azərbaycan musiqi mədəniyyəti tarixinə düşüb. Bəstəkarın “Ölkəm”, “Sərhədçi”, “Sual”, “Çadra”, “Seyran” və digər romansları sənətsevərlərin rəğbətini qazanıb və bu gün də sevilir.

9. Asəf Zeynallı özünün “Uşaq süitası” ilə Azərbaycan uşaq musiqisinin əsasını qoyub.

10. Xalq mahnılarını toplamaq üçün Qarabağ ekspedisiyasında iştirak edən A.Zeynallı Şuşada Xan Şuşinski ilə tanış olub. Ekspedisiyadan qayıdarkən yolda yatalaq xəstəliyinə tutulub və 1932-ci il oktyabrın 27-də 23 yaşında vəfat edib.

Tarix
2020.04.06 / 16:36
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ümidvaram buna görə Trampa Nobel mükafatı veriləcək

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla