Yuxarı

Qalmaqal: Demişəm, peşman deyiləm... - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qalmaqal: Demişəm, peşman deyiləm... - Video

Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı - işğal olunan rayonları nəzərdə tutmuram - qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa göydələnin zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur.

Axar.az xəbər verir ki, ötən gündən xalq artisti Afaq Bəşirqızının "Azadlıq” radiosuna müsahibə verərkən səsləndiriyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xalq artistinin, həmçinin, “Göydələnin zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq” kimi fikirləri də tənqidlərə tuş gəlib.

Məsələyə aydınlıq gətirmək üçün Musavat.com-un əməkdaşı xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb. Afaq Bəşirqızı fikirlərinin kontekstdən çıxarıldığını deyib:

“Bu yazılar qərəzli verilib. Verdiyim müsahibəni diqqətlə izləsəniz, bunu siz də görə bilərsiniz. Mənə verilən suallar tamamilə başqa mövzuda, yaradıcılığım, sənətimlə bağlı olub. Arada mənə digər suallar da verildi və mən bu suallardan yan qaça bilməzdim. Çünki düşünə bilərdilər ki, mən o suallardan çəkinirəm, ehtiyat edirəm.

Müsahibəmi qərəzli başlıqlarla veriblər. Mən onlara "vətən, xalq xaini" deyirəm. Ölkəmizin bugünki çətin dövründə açıqlamalarımı bu cür başlıqlarla verən və onlara qahmar çıxanları ancaq bu cür adlandırmaq olar.

Ola bilsin ki, həmin tənqid yazanların ürəyindən vurmuşam. Bəlkə də adını çəkdiklərim elə onlardır, öz torpaqlarını rayonlarda qoyub, şəhərə qaçanlar, təkər qaraldanlar, sonra da müğənnilərin konsertində oturanlar. Mənə elə gəlir ki, fikirlərimlə məhz onların ürəyinə dəymişəm. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, "vətən üçün əsgər doğuram". O şikəst əsgəri neynirəm? Heç yeri gələndə o cür şərhlər yazanlar uşaqlarını xəstə olmaya-olmaya evdə gizlədir.

Hər zaman öz sözümü üzə demişəm. Mənim kimi sözün düzünü deyən adam çox azdır. Mən öz millətimi çox sevirəm, çünki azərbaycanlıyam. Amma o cür şərhlər yazan adamların azərbaycanlı olmasını deyə bilmərəm”.

Xalq artisti səsləndirdiyi fikirlərdən peşman olmadığını deyib:

“Dediyimdən peşman deyiləm, çünki qərəzli fikirlərim yox idi. Afaq Bəşirqızı özü özünü tanıyır, heç kimin qiyməti lazım deyil. Bu günə qədər çox haqsızlıq görmüşəm, amma heç vaxt dinməmişəm. İndi yenə də haqq gəlib öz yerini tapacaq. Sadəcə millətin bu cür çətin, stressli vəziyyətində bu cür təqdimat lazım deyildi”.

Afaq Bəşirqızı karantin günlərindən sonra müsahibəni qərəzli şəkildə təqdim edən jurnalistdən qanun çərçivəsində haqqını tələb edəcəyini bildirib:

“Koronavirus bitəndən sonra həmin yazını təqdim edən şəxsi buna görə cavab verməyə vadar edəcəm. Sonra onun bütün havadarları qarşımda diz çöksə belə, o jurnalisti bağışlamayacam”.

Xalq artisti Afaq Bəşirqızının qalmaqala səbəb olan müsahibəsinin səs yazısını təqdim edirik.

Tarix
2020.04.11 / 18:17
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - ABŞ KİV

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

Rusiyadan Zəngəzur açıqlaması

Əliyev bizi asılılıqdan qurtardı - Qalçyan

Milli Məclisin növbəti plenar iclası başladı

Ermənilər Sədərəkdə bunu etmək istəyir - Yeni Zəngəzur planı

Bu ölkə Azərbaycana səfir təyin etdi - İqamətgah Ankaradadır

Mehdiyev niyə “91-lər”ə qoşulmayıb? - Əli Nağıyev danışdı

Azərbaycan nümayəndə heyəti İrəvanda... - Fotolar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla