Yuxarı

Şarl de Qollun dostu, qəzada ölən azərbaycanlı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az Armed Mişel adı ilə tanınan partizan Əhmədiyyə Cəbrayılov barədə maraqlı faktları təqdim edir:

1. Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov 1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olub.

2. 1935-ci ildə o, Şəki Kənd Təsərrüfatı Texnikumuna daxil olaraq aqronom ixtisasına yiyələnib. Təhsilini bitirdikdən sonra Qubaya, kolxozda işləməyə göndərilib.

3. Əhmədiyyə müharibə başlamazdan əvvəl hərbi xidmətə çağırılıb. Onu Nevinnomısk təyyarəçilik məktəbinə yollayıblar. Bir neçə ay hazırlıq kursu keçdikdən sonra kiçik leytenant rütbəsi alıb. Hərbi xidmətinin bitməsinə az qalmış II Dünya müharibəsi başlayıb.

4. Əhmədiyyə Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir və fərqləndiyinə görə baş leytenant rütbəsi alır.

5. 1942-ci ilin aprel-may aylarında Ukraynadakı əməliyyat zamanı Əhmədiyyə Cəbrayılovun təyyarəsi Kursk ətrafındakı döyüşlərdə vurulur. O, İzyum çayı yaxınlığında ağır yaralı vəziyyətdə almanlara əsir düşür, Barbinka və Lvovdakı həbs düşərgələrə göndərilir. Əhmədiyyəni yoldaşları ilə birgə vaqonlara mindirib əvvəlcə Polşaya, daha sonra isə Almaniyaya yola salırlar. Burada əsirlərin sayı həddən artıq olduğuna görə onların bir hissəsini Fransaya göndərmək məcburiyyətində qalırlar.

6. Əhmədiyyənin əsirlik günləri uzun çəkmir. Əhmədiyyə tezliklə sağalır və faşistlərdən qisas almaq üçün yenidən döyüş meydanlarına qayıtmaq qərarına gəlir. O, əvvəlcə fransız dilini öyrənir və partizan hərəkatına qoşulur. Ona “Xarqo” ləqəbi verilir.

7. 1944-cü il mayın 22-də Əhmədiyyə əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə Düma ləqəbli kapitan Delplankın gizli ordusuna qoşulur. O, bu dəstənin tərkibində Tarn və Qaronun azad edilməsi uğrunda döyüşlərdə iştirak edir.

8. Əhmədiyyə cəbhədə bir neçə — “Armed Mişel”, “Fraji”, “Xarqo” və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edir. İşğalçı alman faşistləri onun başına 10 min alman markası məbləğində mükafat təyin edirlər.

9. Əhmədiyyə Cəbrayılov əməliyyatların birində Mehdi Hüseynzadə ilə görüşür. “Mixaylo” ləqəbli Mehdi Hüseynzadə partizan Xarqonun ləhcəsində doğmalıq hiss edib onun haralı olduğunu xəbər aldıqda Əhmədiyyə “Şəkidənəm” deyə cavab verir.

10. Əhmədiyyə Paris şəhərinin azad olunmasında da iştirak edir. Elə həmin gün general Şarl de Qolla görüşür. Bu görüşü bir fotoşəkil də təsdiqləyir.

11. Müharibə başa çatanda Şarl de Qoll dəfələrlə Armed Mişelə Fransada qalıb yaşamaq, Amerika səfirliyi isə ona ABŞ vətəndaşı olmağı təklif edir.

12. Müharibə bitdikdən sonra Fransada onun hərbi şücaətlərini layiqincə qiymətləndirirlər və ona Fransanın Milli Qəhrəmanı adı verilir. O, “Fəxri legion” ordeni ilə təltif olunur. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaqda getmək hüququ verirdi.

13. Əhmədiyyə 1946-cı il noyabrın 25-də Fransa Prezidenti Şarl de Qollun köməkliyi ilə vətənə qayıdır. Lakin KQB Əhmədiyyəni rahat buraxmır və ona vətən xaini kimi baxır. Moskvada yoxlama vaxtı onun mükafatlarının bir hissəsi əlindən alınır, hətta onu “vətən xaini” adlandırırlar.

14. 1966-cı ildə Fransa Prezidenti Şarl de Qollun SSRİ-yə gəlişi Əhmədiyyənin həyatının dönüş nöqtəsi olur. Keçmiş dostu Şarl de Qolla Moskvada görüşən Əhmədiyyə bu tarixdən sonra Sovetlər İttifaqında da Fransanın Milli Qəhrəmanı kimi tanınmağa başlayır.

15. 1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb: “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı medalı”, “İgidliyə görə medal”, “Yaralanmağa görə medal”.

Qeyd edək ki, Əhmədiyyə Cəbrayılov 1994-cü il oktyabrın 10-u Şəkidə yol-nəqliyyat qəzası zamanı dünyasını dəyişib.

Tarix
2020.05.09 / 15:45
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla