Yuxarı

Xalq şairinin xanımından gizlədilən ölümü...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq şairinin xanımından gizlədilən ölümü...

Bu gün Azərbaycanın xalq şairi Rəsul Rzanın doğum günüdür.

Kult.az Rəsul Rza ilə bağlı 8 faktı təqdim edir:

1. Rəsul Rza 1910-cu il mayın 19-da Azərbaycanın Göyçay şəhərində doğulub. Atası məşhur Məmmədxanovlar nəslindəndir.

2. O, atasını erkən itirdiyinə görə anasının və yaxın qohumlarının himayəsində böyüyüb.

3. Böyük bacıları Bakıda yaşadığı üçün 1930-cu ildə paytaxta köçüb. Burada məktəb yoldaşı və şair Abdulla vasitəsilə ədəbi aləmdə yaxşı tanınan Mikayıl Müşfiq, Süleyman Rüstəm, Mehdi Hüseyn, Səməd Vurğun, Mikayıl Rəfili, Əli Nazim, Mirzə İbrahimov və başqaları ilə tanış olub.

4. Rəsul Rza 1931-ci ildə Azərbaycan ədəbi gəncliyinin toplaşdığı əsas mərkəzlərdən olan “Maarif evi”ndə şairə Nigar Rəfibəyli ilə tanış olub. 1937-ci il fevralın 11-də Rəsul Rza və Nigar Rəfibəyli evləniblər. Bu evlilikdən 1938-ci il martın 18-də Anar (xalq yazıçısı) dünyaya gəlib.

5. O, 1941-ci ildə hərbi müxbir kimi Krıma gedib, Azərbaycan diviziyasında müxbir vəzifəsində çalışıb. R.Rza müxbir kimi daha çox cəbhə xəttində fəaliyyət göstərib.

6. Rəsul Rza ilə bağlı bilinən ən yanlış məlumat onun xalq şairi Səməd Vurğunla münasibətinin gərgin olmasıdır. Belə ki, Səməd Vurğun heca şeirinin ustası, Rəsul Rza isə sərbəst şeirin ciddi imzalarından idi. Onların arasındakı münasibət bəzən soyuq, bəzən isə dostcasına olub.

7. Rəsul Rza dilimizə yeni sözlər də gətirib: “çimərlik”, “işıqfor”, “çilək” və s. Eyni zamanda “Anar” adını da o yaradıb.

8. Şairə Nigar Rəfibəyli xəstə olanda Rəsul Rza dünyasını dəyişib. Şairin ölümünü hamı Nigar xanımdan gizlədib. Nigar Rəfibəyli Rəsul müəllimin Moskvada olduğunu düşünürdü. O, Rəsul Rzanın öldüyünü bilməyib. Qeyd edək ki, Rəsul Rza 1 aprel 1981-ci ildə (70 yaşında) Bakı vəfat edib. 9 iyulda isə Nigar Rəfibəyli dünyasını dəyişib.

Tarix
2020.05.19 / 22:29
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla