Yuxarı

Şıxəli Qurbanovu bu məşhurun qayınatası öldürüb

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıxəli Qurbanovu bu məşhurun qayınatası öldürüb

Bu gün Şıxəli Qurbanovun (16 avqust 1925-24 may 1967) doğum günüdür. O, gənc yaşlarında Azərbaycan yazıçısı, dramaturq, şair, filoloq-alim, ədəbiyyatçı, dövlət və ictimai xadim kimi tanınırdı, filologiya elmləri doktoru, Azərbaycan Dövlət mükafatı və Üzeyir Hacıbəyov adına mükafatın laureatı idi.

Şıxəli Qurbanov hər bir azərbaycanlının yaddaşında həm də Novruz bayramının dövlət səviyyəsində ilk dəfə keçirilməsinin səbəbkarı kimi qalıb. 1967-ci ildə Azərbaycanın SSRİ-nin tərkibində olduğunu nəzərə alsaq, buna müvəffəq olmaq heç də asan olmayıb.

Amma Novruz bayramından iki ay sonra - 1967-ci ilin mayın 24-də Şıxəli Qurbanov dişlərini müalicə etdirmək üçün həkimə gedir və elə oradaca müəmmalı şəkildə vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim isə pəncərədən qaçır.

Kult.az Modern.az-a istinadən xəbər verir ki, Şıxəli Qurbanovun ölümünə səbəb olan həkimin Azərbaycanın mərhum diplomatı Vəfa Quluzadənin qayınatası olduğu məlum olub. Əliağa Abbasqulu oğlu Əhmədov (21 aprel 1917, Bakı – 30 may 2005, Bakı) – stomatoloq, tibb elmləri doktoru (1968), professor (1969), Azәrbaycan SSR әmәkdar hәkimi (1983) vә әmәkdar elm xadimi (1991).

Azәrbaycan Dövlәt Tibb İnstitutunu bitirib (1946). Azәrbaycan Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İnsitutunun stomatologiya kursunun (1963–65), Azәrbaycan Dövlәt Tibb İntitutunun ortopedik stomatologiya kafedrasının müdiri (1965–85) olub, 1989-cu ildәn ömrünün sonunadәk hәmin kafedrada mәslәhәtçi işlәyib. Tәdqiqatı Azәrbaycanda diş kariyesinin yayılmasının tibbi coğrafiyasına vә s. hәsr edilib. 200-dәn artıq elmi әsәrin müәllifidir.

Vəfa Quluzadə Əliağa Əhmədovun musiqi müəlliməsi olan qızı Leyla Əhmədova ilə ailə həyatı qurub. Vəfa Quluzadənin qayınatasının Şıxəli Qurbanovu bilərəkdən öldürməsi barədə bir neçə versiya mövcuddur. Həmin versiyalardan biri Ş.Qurbanovun Novruz bayramının ilk dəfə dövlət səviyyəsində keçirilməsinə müvəffəq olmasını o zamankı sovet hakimiyyətinin qəbul etməməsidir. Bu, sovet imperiyasına qarşı çıxmaq kimi qiymətləndirilib. O səbəbdən də dişinin çəkilməsi zamanı iynə vurulması və bununla da həyatına son qoyulması ən "uğurlu” iş kimi ortaya atılır.

Başqa bir versiyaya görə, həkim Şıxəli Qurbanovun damağına antibiotik vurub və pasiyent anında şoka düşüb. Onu bu vəziyyətdən çıxarmaq mümkün olmayıb. Belə ki, Şıxəli Qurbanovun ölümü qəsd deyil. Bu barədə Əliağa Əhmədovun yazdığı kitabda da məlumat var. Həkimin iddiasına görə, onlar dost olublar. Burada yalnız həkim səhvindən söhbət gedə bilər.

Həkim tam ampuladan əvvəl prob vurmalı idi ki, bədənin reaksiyasını öyrənsin. Ancaq bunu etməyib. Qurbanovda çox nadir rast gəlinən patalogiya olub: Antibiotikə qarşı həssaslıq.

Bütün hallarda həkim, təəssüf ki, Şıxəli Qurbanov kimi parlaq bir şəxsiyyətin həyatına son qoyub.

Tarix
2020.08.16 / 22:49
Müəllif
Kult.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla