Yuxarı

2 milyon adamı boğaraq öldürən canilər... - Qorxunc faktlar

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
2 milyon adamı boğaraq öldürən canilər... - Qorxunc faktlar

Demək olar ki, hamı "Əlibaba və qırx quldur" filmini izləyib. Həmin filmdə 40 quldur insanları qarət edir və onların hamısı bir mağarada yaşayır. Aşağıdakı hadisənin "qəhrəmanları"nın da hərəkətləri filmdəki obrazların etdikləri ilə oxşardır. Lakin onların sayı 40-dan çox, əməlləri isə film ssenarisi deyil, həqiqətdir.

Kult.az Musavat.com-a istinadən Hindistanda 480 il hökm sürən “Thuggee” təriqəti haqqında məlumatı təqdim edir:

“Thuggee” quldurları 1350-ci illərdən 1830-cu illərədək olan uzun bir dövr ərzində Hindistanda insanları öldürüb, onların mallarını oğurlayıblar.

Tez-tez karvanları hədəfə alan təriqət üzvləri öncə karvana sərnişin kimi soxulur və oradakıların etibarını qazanırdılar. Daha sonra isə ilk fürsətdə karvanı dayandırıb, qurbanlarını öldürürdülər.

“Thuggee” qəbiləsinin üzvləri qurbanlarını öldürmək üçün bellərinə taxdıqları kəmərlərdən istifadə edirdilər. Qurbanı kəmər ilə boğan qəbilə üzvləri karvanları soyduqdan sonra cəsədləri gizlədərək, yeni qurbanlar axtaramağa çıxırdılar.

“Thuggee” üzvləri keçmiş tarixlərinin müsəlman qəbilələrinə söykəndiyini iddia edirdilər. Ancaq sonradan onların arasına bir çox hindli qatılıb. Bu səbəbdən onlar zamanla Tanrıça Kalinin (Hinduizmdə Qaranlıq Ana tanriçası) davamçıları olduqlarını elan etmişdilər.

“Thuggee” quldurları gizli bir məzhəb şəklində kiçik tədbirlər də təşkil edirdilər. Bu cür tədbirlərə qatıla bilmək üçün ya “Thuggee”nin üzvü olmalı, ya uşaq vaxtı qaçırılmalı, ya da təriqətə layiq olduğunu isbat etməli idin. Yalnız bu şərtlər daxilində tədbirlərdə iştirak mümkün idi. Təriqət üzvlərinin uşaqları hələ kiçik yaşlarından palçıqdan hazırlanmış insan fiqurları üzərində qətl törətməyi öyrənirdilər. Bir növ atadan oğula ötürülən bu üsulla onlar illər boyunca yüz minlərlə insanı qətl etdilər.

Fəaliyyətləri boyunca 2 milyondan çox insanı öldürdükləri düşünülən təriqət ingilislər tərəfindən məhv edildi. “Thuggee “ təşkilatının ən təhlükəli lideri olan Behram edam edildiyi zaman törətdiyi 931 cinayətə görə məhkum edilmişdi.

Tarix
2020.09.13 / 14:45
Müəllif
Kult.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla