Yuxarı

Ermənilərin Xudavəng yalanı: reallıq budur - Ekspert

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ bölgəsi Azərbaycan xalqının, Azərbaycan türklərinin ulu əcdadları olan xristian albanların orta əsrlərdə inşa etdikləri xristian məbədləri ilə zəngindir. İstər bu məbədlərin arxitekturası, istərsə də oradakı xaçlar bütün elementləri ilə bu tikililərin birmənalı olaraq bizə məxsus olduğunun ən bariz göstəricisidir.

Kult.az xəbər verir ki, bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu deyib. O bildirib ki, 30 illik işğal dövründə Qarabağ ərazisində olan bütün alban-xristian məbədlərinin arxitektur quruluşlarının dəyişdirilməsinə səy göstərilib, divarlara həkk edilmiş yazılar pozdurulub, oradakı xaçqarlar hay-qriqoryan kilsəsinin xaç elementləri ilə əvəz edilib:

“Heç şübhəsiz ki, bu tarixi abidələrimiz bizim şanlı keçmişimizin – Albaniya dövlətinin mirasıdır və onlar hamısı bərpa ediləcək!

Diqqət çəkmək istədiyim məqam həm də ondan ibarətdir ki, xristian dinində məbəd anlayışı yalnız xristian türklərə - oğuz və qıpçaqlara aid olub, onlar quruluşuna görə kilsələrdən olduqca fərqlənir və bu, bir çox dünya kulturoloqları və etnoqradfları tərəfindən təsdiqlənən faktdır. Xristian türklər heç vaxt kilsə inşa etməyib və ümumiyyətlə, kilsə iearxiyasını qəbul etməyiblər! Təsadüfi deyil ki, hətta Yaxın Şərq bölgəsində mövcud olan xristian məbədləri də məhz xristian qıpçaq və oğuz türklərinin yaşadıqları və ya yayıldıqları ərazilərdə mövcuddur. Başqa bir məqam isə haylarda məbəd mədəniyyətinin olmaması və hay-qriqorian və eləcə də apostol icmalarında kilsə iearxiyasının və anlayışının olmasıdır. Yəni xristian məbədi anlayışı haylarda, ümumiyyətlə Qafqazda bizdən başqa heç bir xalqda yoxdur! Bunu orta əsrlərə aid yazılı mənbələr də birmənalı şəkildə təsdiqləyir!

İndi isə gələk ermənilərin son üç gündə ətrafında ciddi “şou-maskarad” düzəltdikləri, az qala divarlarını acgözlüklə yalayaraq içində “timsah göz yaşları” axıtdıqları Xudavəng məbədinə.

Bu məbəd də alban babalarımıza məxsusdur. XII-XIII əsrlərdə - Alban knyazlığının yüksəlişi dövründə Qarabağ bölgəsində bir çox xristian məbədləri ucaldılmışdı. Xaçın knyazlığı isə bu məsələdə xüsusilə seçilirdi. Bu nəslin nümayəndəsi, hökmdar və böyük mütəfəkkir Həsən Cəlal qısa müddət ərzində alban knyazlıqlarını birləşdirmiş, Albaniya çarı adını qazanmışdı. Onun tikdirdiyi Gəncəsar məbədi isə Albaniya katolikosluğunun mərkəzinə çevrilmişdi. Xudavəng məbədi məhz bu alban hökmdarı Böyük Həsən, onun oğlu Vaxtanq və həyat yoldaşı, qıpçaqların “böyük bəylərbəyi Qurd”un qızı Arzu Xatun tərəfindən tikdirilib.

Məbədin adında olan “xuda” fars dilində “yaradan” (bu sözdən türklər də orta əsrlərə aid dini və bədii ədəbiyyatlarında geniş istifadə etmişlər), “vəng” isə türkcədə “məbəd” deməkdir.

Maraqlı məqam ondan ibarətdir ki, ermənilərin bu məbədi “Dadavank” adlandırmaları da türklərlə bağlıdır. Baxmayaraq ki, ermənilər “dada” sözünü apostol Fadeyin tələbəsi olmuş və Qafqazda xristianlığı təbliğ etmiş və mənbələrə görə orada dəfn edilmiş Tadeylə əlaqələndirirlər. Lakin istənilən dilçi təsdiq edə bilər ki, Tadey adının Dadi şəklinə düşməsi mümkün deyil. Yəni bu izah, ermənilərlə bağlı olan hər şey kimi, fiksiyadır, yalandır! Bu məbəd öz möhtəşəmliyi və əhəmiyyətinə görə Albaniyada seçilirdi. Məhz bu səbəbdən yerli qıpçaq və alban türkləri məbədə “Dədəvəng” – yəni “Məbədlərin dədəsi” adını vermişdilər”.

Tarix
2020.11.16 / 11:44
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla