Yuxarı

Nailə Mirməmmədlinin acı taleyi: O, kimi ittiham etmişdi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün əməkdar incəsənət xadimi Nailə Mirməmmədli vəfat edib.

Kult.az Nailə Mirməmmədli haqqında bəzi faktları təqdim edir:

Nailə Mirməmmədli 2001-ci ildə atasını itirib. 1 il sonra isə 14 yaşlı oğlu dənizdə boğulub. Bəstəkar 2007-ci ildə daha iki böyük itki yaşayıb: həyat yoldaşı Hikmət Mirməmmədli və anası vəfat edib. Onların ardınca isə böyük qardaşı dünyasını dəyişib.

Nailə Mirməmmədli oğlunun ölümündə onun dostlarını günahlandırırdı. O, müsahibələrinin birində deyib:

“Dostları hər gün uşağa deyirdilər ki, ana uşağısan, bəsdir evdə oturdun, gedək dənizə. Ad gününə bir həftə qalmışdı. Uşaqlar onu dənizə apardılar. Bu da sübut etmək istəyirdi ki, uşaq deyiləm. Getdi dənizə, bir də qayıtmadı”.

Nailə Mirməmmədli ağrılarına görə siqaret çəkdiyini bildirib:

“Siqaret çəkməyi mənə Hikmət öyrədib. Adamların arasında çəkən deyiləm. 42 yaşımda oğlumu itirdim. Ondan sonra siqaret çəkməyə başladım. Dərmanlar təsir etmirdi. Daha güclüsünü yazırdılar, yenə xeyri olmurdu. Hikmət özü mənə öyrətdi ki, siqaret səni sakitləşdirə bilər”.

N.Məmmədli oğluna görə bir zamanlar çox ağladığını, lakin şəhid anasının sözlərindən sonra bu hərəkətinə görə utandığını açıqlayıb:

“Bir xanım mənə yaxınlaşıb dedi ki, bizim şəhidlərimiz var, sən isə dənizdə boğulan oğlun üçün ağlayırsan, ixtiyarın var ağlamağa? Bu söz məni tutdu! Bir anlıq düşündüm ki, oğlum dənizdə boğulub, amma başqalarının övladları Vətən üçün şəhid olur. Oğlumun ölümünə ağlamaqdan utandım”.

Bəstəkar müxtəlif məbləğlər qarşılığında mahnılarını satdığını, hətta bir dəfə səsi olmayan müğənniyə 18 min manat qarşılığında mahnı verdiyini bildirib:

“Əlvida” mahnısını on səkkiz minə satmışdım. Qızın adı ya Sevil, ya da Sevinc idi. Bərbad gündə oxuyurdu. Qıza dedim, iyirmi min pul ver, mahnı yazım. Qız dedi ki, niyə iyirmi min? Dedim, o mənim dərman pulumdur. Çünki mən hər dəfə sənə qulaq asanda dərman atacağam, səndən yaxşı oxuyuram. Çıxartdı, on səkkiz min verdi”.

Qeyd edək ki, Nailə Mirməmmədli bu gün ürəktutmasından vəfat edib.

Tarix
2021.01.04 / 18:01
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla