Yuxarı

Təkbaşına 4 topdan atəş açan şəhidimiz - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təkbaşına 4 topdan atəş açan şəhidimiz - Foto

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 29 yaşlı Ceyhundur.

Kult.az xəbər verir ki, Ceyhun Möhübbət oğlu Hüseynov 5 oktyabr 1991-ci ildə Ağcabədi rayonunun Arabar kəndində anadan olub. Ağcabədi rayonu C.Həsənov adına Arasbar kənd orta məktəbində təhsil alıb.

Dostları arasında cəsarəti, əzmi və fiziki bacarıqları ilə seçilən Ceyhunun ən böyük arzusu hərbçi olmaq olub. O, 2009-cu ilin oktyabrında hərbi xidmətə yollanıb. Hərbi xidmətdən qayıtmasına baxmayaraq, Ceyhunun qəlbindəki vətən sevgisi və hərbçi olmaq arzusu onu yenidən xidmətə qayıtmağa sövq edib.

2014-cü ilin mart ayından etibarən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yenidən daxil olub.

Hüseynov Ceyhun hərbçi olaraq çalışdığı müddətdə artilleriya hərb sənətini incəliklərinə qədər öyrənib. Xüsusilə 122 mm-lik D-30 haubitsa-topu barədə bilikləri sonrakı illərdə ona top komandiri vəzifəsinin verilməsinə gətirib çıxarır.

Ceyhunun artilleriya bacarıqları Aprel döyüşlərində özünü göstərir. Onunla birlikdə xidmət etmiş yoldaşları və əsgərlərinin dediklərinə görə, Ceyhun 2016-cı ilin aprelində erməni artilleriyasına sərrast zərbələr endirərək, düşmənin xeyli itkilər verməsinə səbəb olub. Onun tabeliyində olan əsgərlərdən birinin dediyinə görə, Ceyhun təkbaşına 4 topdan 27 atəş açaraq Yuxarı Qiyaməddinli kəndini və xidmət etdikləri artilleriya divizionunu xilas edib.

Şəhid Hüseynov Ceyhun Vətən müharibəsi zamanı Xocavənd rayonu istiqamətində döyüşlərdə iştirak edib. O, təkcə 122 mm-lik D-30 haubitsa-topu ilə deyil, 120 mm-lik minaatandan da sərrast atəş açmağı bacarırdı. Məhz buna görə də öz istəyi ilə döyüşlərin ən qaynar nöqtəsinə 120 mm-lik minaatan komandiri olaraq qatılıb.

Yüksək peşəkarlığı ilə düşmənin qorxulu yuxusuna çevrilən Hüseynov Ceyhun 16 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.

Şəhidimiz subay idi.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Ceyhun Möhübbət oğlu Hüseynov “Vətən uğrunda” medalı ilə təltif edilib.

Tarix
2021.01.05 / 11:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla