Yuxarı

Bir neçə düşməni boğaraq öldürən xüsusi təyinatlımız – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir neçə düşməni boğaraq öldürən xüsusi təyinatlımız – Foto

Vətən müharibəsində qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də 27 yaşlı Asifdir.

Kult.az xəbər verir ki, Asif Arif oğlu Talıblı 26 aprel 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub, buradakı məktəbdə təhsil alıb.

O, 2011-ci ilin oktyabrında hərbi xidmətə yollanıb. 2013-cü ildən etibarən Daxili Qoşunlarda xidmətə başlayıb. Asif özünümüdafiə və döyüş idman növləri ilə məşğul olduğu üçün Xüsusi Təyinatlı Dəstənin tərkibinə dəvət olunub.

Torpaqlarımızın azad olunması uğrunda başlanan Vətən müharibəsində ön sıralarda döyüşən Asif Murovdağ, Füzuli, Cəbrayıl istiqamətlərində ağır döyüşlərdə iştirak edib. Döyüşlər zamanı bir çox yaralı yoldaşını da xilas edib.

O, Hadrut uğrunda döyüşlərə cəlb edilən ən elit hərbçilərimizdən idi. Hətta bu döyüşlərdə düşmənlə əlbəyaxa olub və qəhrəmanlıq göstərərək şəhid olub. Döyüş yoldaşları deyir ki, Asif bir neçə düşmən hərbçisini boğaraq məhv edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Asif Talıblı “Vətən uğrunda”, “Kəlbəcərin azad edilməsi uğrunda”, “Cəbrayılın azad edilməsi uğrunda” medalları ilə təltif edilib.

Tarix
2021.01.06 / 16:43
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla