Yuxarı

Erməni jurnalistin sualına Əliyevin tarixi cavabı

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

1999-cu il iyulun 1-də Bakıda Cenevrə Demokratiya Quruculuğu İnstitutunun “Medianın dəstəklənməsi” layihəsi çərçivəsində beynəlxalq konfrans keçirilir. İyulun 2-də konfransda iştirak edən Gürcüstan və Ermənistandan olan jurnalistlər ulu öndər Heydər Əliyev tərəfindən Prezident Sarayında qəbul edilirlər.

Kult.az qəbul zamanı Ermənistandan olan jurnalist Aris Kazinyanın sualına ümummilli lider Heydər Əliyevin tarixi cavabını Teleqraf.com-a istinadən təqdim edir:

Aris Kazinyan (Ermənistan): Cənab Prezident, rəsmi Bakının Ermənistan Respublikası barədə qavrayışının nədən ibarət olduğunu bilmək istərdim. Mən burada eşitdim və gördüm, praktik olaraq sizin müşaviriniz – hörmətli cənab Quluzadə (xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə nəzərdə tutulur -red.) də erməni milli şüurunun Moskvanın təsiri altında formalaşdığını qeyd etdi. Bilmək istərdim, rəsmi Bakı Ermənistanı Rusiyanın Qafqazdakı marioneti hesab edirmi?

Heydər Əliyev: Bilirsinizmi, siz çox kəskin ifadələr işlədirsiniz. Nə eşitmisinizsə, onu eşitmisiz. Burada nəsə bir şey deyə bilmərəm, özümə rəva görmürəm. Ancaq fakt faktlığında qalır. Ermənistanda Rusiyanın silahlı qüvvələri, hərbi bazası yerləşir. Ermənistanda sərhəd xidməti əsasən rus sərhədçiləri tərəfindən, lakin təbii olaraq ermənilərin iştirakı ilə həyata keçirilir. Bu fakt öz-özlüyündə ölkənin suverenliyinin hansısa dərəcədə pozulduğunu göstərir. Əlbəttə, bu ölkənin öz işidir – buna icazə verə də bilər, verməyə də bilər. Məsələn, Moskvada bəzi səslər deyir ki, görürsünüzmü, Ermənistan Zaqafqaziyada bizim yeganə dayağımız və müttəfiqimizdir. Bizi, əlbəttə, məsələn, bəzən kiminsə bunun bir xristian ölkəsi olduğunu söyləməsi də incidir. Başa düşün, XX əsrin sonunda ölkələri inanclara görə bölmək, sadəcə cinayətdir. Təəssüf ki, biz Rusiyada belə səslər eşidirik. Bəs Ermənistan xristian ölkəsidir. Üstəlik bunu yüksək səviyyəli insanlar bəyan edir. Xalq xristianlığa etiqad edir. Düzdür, Azərbaycanda xalq İslama etiqad edir. Ancaq bunu biz yaratmadıq. Bizim əcdadlarımız hələ çox-çox əsrlər əvvəl bu dini qəbul ediblər. Və buna görə biz mütləq bir-birimizlə düşmənçilik etməli, inamsızlıqla davranmalı və ya hesab etməliyik ki, görürsünüz, Moskva Ermənistanı xristian ölkəsi adlandırır, Azərbaycan isə müsəlman ölkəsidir?

Buna görə də düşünürəm ki, fakt üzdədir. Ermənistan öz ərazisini həm S-300 raketləri, həm də MİQ-29 təyyarələri üçün təqdim etdi. O zaman ki, biz Zaqafqaziyada sülh əldə etmək, silahsızlaşdırmaya getmək istəyirik, Ermənistanın isə silahlandırılması gedir. Yeri gəlmişkən, mən Rusiya rəhbərlərindən soruşdum: Bu sizin nəyinizə lazımdır? Mən Rusiya Prezidentindən, digər insanlardan açıq şəkildə soruşdum: Nəyinizə lazımdır?

Əvvəlcə onlar bu sualdan yayındılar, sonra isə bunun NATO-ya qarşı olduğunu söyləməyə başladılar. Mən güldüm. Axı NATO Qərbdədir. Ermənistan ərazisindən NATO-ya qarşı nə etmək olar? Əgər Rusiya Ermənistanın – Rusiya bazasının NATO-ya qarşı olduğunu hesab edirsə, onda bunun nə olduğunu özünüz qiymətləndirin. Mənə də belə bildirildi. Buna görə də heç bir qiymətləndirmə vermək istəmirəm, sadəcə faktı deyirəm. Hər kəs nəticə çıxarmalıdır.

Jurnalist: Ancaq Türkiyə NATO üzvüdür.

Heydər Əliyev: Bilirsinizmi, bu mövzuda söhbəti inkişaf etdirmək istəmirəm. Rusiyanın Ermənistan ərazisi vasitəsilə özünü Türkiyə üzərindən NATO-dan müdafiə etməsi də gülüncdür. Bu, çox gülməlidir. Rusiya Qara dəniz üzərindən Türkiyə ilə böyük sərhədə malikdir. Və Rusiyanın malik olduğu müasir silah növləri ilə NATO üzvü olaraq Türkiyəni atəşə tutmaq heç də çətin deyil. Əgər onların raketləri Amerika Birləşmiş Ştatlarına çatırsa, Türkiyəyə çatmaz? Ona görə də bu məntiqsizdir. Yenə təkrar edirəm, mən sadəcə faktı söyləyirəm və heç bir qiymətləndirmə aparmıram.

Tarix
2021.04.06 / 16:33
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla