Yuxarı

Ermənilərə divan tutan yəhudi qəhrəmanımız

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərə divan tutan yəhudi qəhrəmanımız

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günüdür.

Kult.az xəbər verir ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqilə maraqlanıb. Musiqi məktəbində nəfəs aləti sinfini bitirib.

Peşəkar tankçı olan Albert Qarabağ uğrunda gedən döyüşlərdə aktiv iştirak edib. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib.

“Yəhudi buterbrodu” - bir mərmi ilə iki tank

Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurub. Buna görə bu metod döyüş yoldaşları tərəfindən “yəhudi buterbrodu” adını alıb.

Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoymuşdular.

Şuşa uğrunda şəhid oldu

Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.

Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Həm molla, həm ravvin dua oxudu...

Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyub.

O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

Albert haqqında iki film

Albert haqda iki film çəkilib: 2010-cu ildə "Salnamə" sənədli filmlər studiyası “Dostuma məktub”, 2017-ci ildə isə "Yaşadığım torpaq" sənədli filmi.

Tarix
2021.05.08 / 15:35
Müəllif
Ruzbeh Məmməd
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla