Yuxarı

Kübra Əliyeva Səyavuş Aslandan danışdı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kübra Əliyeva Səyavuş Aslandan danışdı - Video

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı xalq artisti Kübra Əliyevadır. O, bir çox filmdə, tamaşada tərəf-müqabili olduğu mərhum xalq artisti Səyavuş Aslanla bağlı fikirlərini bölüşür:

"1976-cı ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gələndə birinci Hacıbaba Bağırovla tərəf-müqabili oldum, sonra Səyavuş Aslanla. Səyavuş həm aktyor kimi, həm də insan kimi əvəzedilməz idi. Görün neçə il keçib, o hələ də mənim yaddaşımda xoş bir xatirə kimi qalıb.

Səyavuşun tərəf-müqabili əvvəllər həyat yoldaşı Ofeliya Aslan olurdu, amma illər sonra tərəf-müqabili kimi mənlə bir yerdə oynamağa başladı. Akademik Milli Dram teatrında neçə illər bir yerdə tamaşalarda oynadıq. Bilmirəm onu əvəz edəcək bir aktyor nə vaxtsa olacaq, yoxsa yox...

Çox hövsələsiz idi, hər yerə, hər şeyə tələsirdi. Ələkbər Kazımovskinin 2 seriyalı "Sabiqlər" televiziya tamaşası çəkiləndə də çox tələsmişdi. (Bu, onunla sonuncu işimiz idi) Həmişə rejissora deyirdi ki, məni bircə dəfə çəkəcəksən. Rejissorlar da qane olmurdu axı, bir neçə dəfə çəkmək istəyirdilər ki, montajda əllərində material olsun. Bir dəfə çəkilsə də, rolları əla alınırdı, ikinci dəfəyə heç ehtiyac olmurdu.

Səyavuşun bütün rollarını sevirəm. Hələ gənclik illərində "Ulduz", "Əhməd haradadır" filmlərində çəkildiyi rollardan tutmuş son rollarına qədər hamısı gözəldi. Bütün ədvası yerində olan aktyor idi. Mən Səyavuşla Azərbaycanın, demək olar, bütün regionlarında qastrol səfərlərində olmuşam. Necə canıyanan bir insan olduğunun şahidiyəm. Səyavuşda qətiyyən laqeydlik yox idi. Rolları kimi özü də cana yaxın idi".

Böyük sənətkarlarımızın rol aldığı "Evləri köndələn yar" filmindən maraqlı bir parçanı təqdim edirik:

Tarix
2015.08.12 / 08:30
Müəllif
Nigar An
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla