Yuxarı

“Bu sifarişi atama Heydər Əliyev vermişdi”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu sifarişi atama Heydər Əliyev vermişdi”

"Sözün kadrı" layihəsində

"Sözün kadrı" layihəsinin budəfəki qonağı mərhum yazıçı İsa Muğannanın qızı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Muğannadır.

Axar.az İsa Muğannanın əsərləri əsasında çəkilmiş filmlər barədə qızı Sevinc Muğanna ilə söhbəti təqdim edir:

– İsa Muğannanın hansı əsərinə çəkilmiş film daha çox ürəyincə olmuşdu, hansı ilə daha çox fəxr edirdi?

– Mənə elə gəlir ki, insan övladları arasında fərq qoya bilmədiyi kimi, yaradıcı adam da əsərləri arasında fərq qoya bilməz. Mən dəqiq bilirəm ki, atam da əsərlərinin heç birinə fərq qoymurdu, hamısına eyni sevgi ilə yanaşırdı.

– Ona əsərlərinə film çəkmək və ya ssenari yazmaq təklifinin gəlməsini xatırlayırsınız?

– Təkliflərin gəlməsini dəqiq xatırlamıram, onda mən uşaq idim. Amma "Nəsimi" filminin çəkilişi ilə bağlı hadisələr yadımdadır. Bilirəm ki, bu film Heydər Əliyevin istəyi ilə çəkilmişdi. Atama demişdi ki, istəyirəm, belə bir ssenari yazasan. "Nəsimi" filmi çox dəyərli filmdir. Orada olan süjet xətti, qiymətli fikirlər, kəlamlar bunu deməyimə əsas verir. Sovet dövrü senzuralı bir dövr idi. Heydər Əliyev atamın arxasında dayanmasaydı, yəqin ki, o film ya çəkilməzdi, ya da ssenaridə çox dəyişiklik olardı. "Nəsimi" filmi ikiseriyalı olmalı idi, sonradan bilmirəm hansısa səbəbdən qısaldıldı, bir seriya oldu.

– Ssenarini yazıb kənarda dayanırdı? Yoxsa rejissorlar atanızla daim məsləhətləşirdi? Yəni İsa Muğanna öz ssenarisinə nəzarət edirdimi?

– Yox, qətiyyən kənarda dayanmayıb, bütün çəkilişlərdə şəxsən özü iştirak edirdi. Rasim Balayev, Xalidə Quliyeva da deyə bilər bunu. Çəkiliş proseslərindən olan şəkillər də evdədir.

Atam Həsən Seyidbəyli ilə yaxın dost idi. O, atamın işinə qarışmırdı, atam nə deyirdisə, razılaşırdı. Çox isti münasibətləri olub, dəfələrlə evimizə qonaq gəlib. Çox gözəl insan idi.

– Ssenarilərinə görə nə qədər qonorar alırdı?

– Dəqiq yadımda deyil neçə alırdı, amma onu bilirəm ki, qonorarı kifayət qədər olurdu. Bir neçə il, demək olar ki, qonorarla dolandı. Atam pul xərcləyən adam olub. Hər yay istirahətini mütləq edərdi. Şəxsi maşını yox idi deyə işə taksi ilə gedib-gələrdi. Pul yığmaq, qənaət etmək onluq deyildi.

– Hansısa əsərinə yeni bir film çəkmək təklifi olub sizə?

– Xeyr, müraciət edən olmayıb, ancaq istəyərdim olsun. Düzü, özümdə də bir az qorxaqlıq var. Bəzən istəmişəm, teatrlara müraciət edim, amma çəkinmişəm ki, birdən sözüm yerə düşər. Atam kimi mən də sözümün yerə düşməyini xoşlamıram. Ona görə ərk eləmədiyim yerə müraciət eləmirəm. Çox istəyərdim ki, atamın "İsahəq, Musahəq" romanı Akademik Milli Dram teatrında səhnələşdirilsin. Teatrlarımızın bu əsəri səhnələşdirmək imkanı var. Yaxşı rejissorlarımız da, gözəl aktyorlarımız da var. Mümkün olsa, film də çəkilməyini istəyərəm. Özüm də bacardığım qədər maraqlanardım, atamın əvəzindən gedib çəkilişlərdə iştirak edərdim. Onun arzusu ürəyində getdi. Daim deyirdi ki, əsərlərimə film çəkilmir, tamaşalar qoyulmur...

Tarix
2015.08.12 / 10:17
Müəllif
Nigar An
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla