Yuxarı

“Bəxt üzüyü”nün Sarası Hüseyndən danışdı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bəxt üzüyü”nün Sarası Hüseyndən danışdı - Video

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı əməkdar artist Gülşad Baxşıyevadır. O, bir çox filmdə, tamaşada tərəf-müqabili olduğu aktyor Ayşad Məmmədovla bağlı fikirlərini bölüşür:

- Mən Ayşad Məmmədovu Şəki teatrından tanıyıram. Sonradan təyinatla bizim teatra gəldi. Yəqin ki, tələbəlik illərində Şəki teatrı haqqında informasiyalar gedirdi deyə dəvət olundu teatrımıza. Bakıya gələn kimi də özünə uyğun rollar aldı və uğurla oynadı. Bir şeyi dəqiq deyə bilərəm ki, Ayşad öz üzərində işləyən, işləməyi sevən aktyordur. Qətiyyən filmdəki kimi tənbəl deyil. Digər tərəfdən də çox istedadlıdır.

Mən onunla Şəki teatrında rol oynamamışam, amma burada onunla dəfələrlə tərəf-müqabili olmuşam, filmdə də, tamaşalarda da. Ayşad Bakıya köçəndən sonra "Bəxt üzüyü" filmində tərəf-müqabili olduq. Bildiyiniz kimi, o, mənim ərim Hüseyn rolunda, mən də Sara rolunda idim.

Təkcə aktyor kimi yox, həm də bir insan kimi də Ayşadı yüksək qiymətləndirirəm. Yaradıcı insanların qeybətə, dedi-qoduya, ümumiyyətlə, pis şeylərə sərf etməyə vaxtları olmur. Mən Ayşadın bu cür şeylərlə məşğul olduğunu görməmişəm. Onun haqqında təəssüratım çox yaxşıdır. O, işini, sənətini sevən və daim çalışan dəyərli aktyorlarımızdandır".

Tarix
2015.08.23 / 10:17
Müəllif
Nigar An
Digər xəbərlər

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla