Yuxarı

Azərbaycanlı rəssam Da Vinçiyə qarşı - Polemika

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı rəssam Da Vinçiyə qarşı - Polemika

Axar.az-ın "Dahilərlə mübahisə" layihəsində sənət adamları dahi filosof və yazıçıların aforizmləri üzərində qurduğumuz suala cavab verərək, bir növ, onunla polemikaya girirlər. Layihənin budəfəki qonağı rəssam Yusif Mirzə, sual isə belədir:

"Deyirlər, rəssam gecə vaxtı düşüncələrində olan, gündüz isə müşahidə əsasında gördüyü nəsnələri çəkir. Başqa bir tezis də var ki, mükəmməl istedadı olan, lakin zəhmətkeş olmayan şəxs sənətkar deyil və onun yaratdıqları da sənət əsəri sayılmaz. Bu iki fikrə münasibətiniz necədir? Rəsm əsərləri necə yaranır və sənətkarın zəhmətkeş olması şərtdirmi?"

- Sənətkarın zəhmətkeş olması vacib şərtdir. Böyük fransız heykəltəraşı Rodenin belə bir fikri var ki, zəhmətsiz istedad bir nəticə vermir. Zəhmətsiz heç nə yarana bilməz. Sənətkar əsil zəhmət adamı olmalıdır. Bütün böyük sənətkarların yolu zəhmətdən əziyyətdən keçir. Mən də zəhmətlə çalışmağa böyük əhəmiyyət verir və bəzən saatlarla işləyirəm. O vaxta qədər ki istədiyim, ürəyimcə olan şey alınır. Sənətkar yalnız arzuladığı əsəri yaradandan sonra rahatlaşır. Rəsm əsərinin yaranmasında təxəyyül də rol oynayır, müşahidə də, fantaziya da, fikir də, hiss də. Hər şey əhəmiyyət daşıyır. Bir obraz barəsində düşünürsən, onu reallaşdırmaq, canlandırmaq istəyirsən. O, sənin fikrindən düşüncəndən çıxmır. İşləyirsən, üzərində zəhmətlə çalışırsan. Amma o əsər alınmaya da bilər. Bir də təkrar olaraq cəhd edə bilərsən. Hər bir əsərin öz doğulma anı var.

Qeyd: Sual məşhur italyan rəssam Leonardo Da Vinçinin "Rəssam gecənin səssizliyi içində düşüncəsində olan, gündüz isə müşahidə etdiyi nəsnələri çəkir. Zəka ilə əməyin vəhdət təşkil etmədiyi yerdə nə sənət, nə də sənətçi ola bilər" aforizmi əsasında hazırlanıb.

Tarix
2015.10.13 / 22:49
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla