Yuxarı

Hacı İsmayılov Nuriyyə ilə bağlı sirri açdı - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı İsmayılov Nuriyyə ilə bağlı sirri açdı - Video

Axar.az-ın "Rol yoldaşı" layihəsinin budəfəki qonağı xalq artisti Hacı İsmayılovdur. O, filmdə, tamaşada tərəf-müqabili olduğu mərhum xalq artisti Nuriyyə Əhmədova ilə bağlı fikirlərini bölüşür:

"Nuriyyə xanımla tanışlığımız "Azərbaycanfilm" kinostudiyasında olub. Tez-tez filmlərin dublyajında iştirak etsək də, bir yerdə filmə çəkilməmişdik. Filmə qədər "Yaşıl eynəkli adam" televiziya tamaşasında rol almışdıq.

1994-cü ildə görkəmli Azərbaycan kinorejissoru Rasim Ocaqov "Həm ziyarət, həm ticarət" filmini çəkməyə başladı. Orada da mənim (Mustafanın) həyat yoldaşım roluna Nuriyyə xanım dəvət olundu. Onunla mən həm aktyor kimi, həm də insani keyfiyyətlər baxımından bir-birimizə çox uyğun gəlirdik deyə, Rasim müəllim bizi bir yerdə çəkmək istədi. İlk çəkilişimiz Şəki şəhərində oldu. Sonra İstanbulda, Bakıda çəkildik. Tərəf-müqabili kimi çox tez anlaşdıq, bir-birimizə kömək etdik. Nuriyyə xanımla bir filmə çəkilmək çox maraqlı idi, kaloritli aktrisa idi, tərəf-müqabilinə çətinlik törətmirdi".

Hacı İsmayılov "Həm ziyarət, həm ticarət" filmində yaşanan maraqlı hadisələri də xatırlayır:

"Yadıma gəlir ki, mənim ilk çəkilişim uğurlu olmamışdı. İkinci gün Nuriyyə xanımın iştirak etdiyi hissələr çəkilirdi. İstanbuldan, əmioğlusundan teleqram alır, deyir, İstanbula gedək. Mustafa da əsəbləşir ki, nə İstanbul. Həmin səhnəni çox gözəl oynayırdı. Hətta ikinci rejissor Ramiz Əliyev mənə dedi ki, əşi, aktrisa belə olar e, yoxsa sənin kimi? Dünən başımıza oyun açdın (gülür). O da mənə təsir elədi, məsuliyyət hiss elətdirdi, səfərbər oldum ki, yaxşı çəkilim.

Nuriyyə xanımın kaprizi yox idi. Süfrədə də nə oldu yeyirdi (gülür). İştahı yaxşı idi. "Həm ziyarət, həm ticarət" filmində bizim uşaqlarla olan səhnəmizdə stolun üstünə dovğa-filan qoymuşdular. Çəkiliş arasında bir də gördük, Nuriyyə oturub yeyir. Rasim Ocaqov dedi ki:

– Nuriyyə, o yemək üçün deyil e, çəkiliş üçündür.

– A…, həri? Mən elə bildim, yemək üçün qoymusunuz, – deyib gülməyə başladı.

Yeməyi çox xoşlayırdı, yeyəndən sonra da çəkilişə gedəndə deyirdi, vay-vay, mən yoruldum e, yuxu basdı məni. Deyirdim, əşi, az ye də. Heç yeyənə də oxşamırdı (gülür).

İstanbuldakı çəkilişdən sonra Nuriyyə, Həsən Məmmədov, mən elə çəkiliş paltarında Bəyoğlunda gəzərdik. Nuriyyənin gümüşü rəngli, parıltılı bir plaşı var idi. Onu geyinib girirdi Həsən Məmmədovun qoluna. Mən isə başımda şlyapa, qalstuk taxmış kənd müəllimi kimi gedirdim. Bunlara baxırdılar ki, nə qəşəng müasir cütlükdür, amma mənə baxan yox idi (gülür).

Yaxşı, sadə insan idi. Heç bir kaprizi yox idi, rejissor nə deyirdi, ona əməl etməyə, rolunu yaxşı oynamağa çalışırdı. Mənə "Həm ziyarət, həm ticarət" filmi haqqında nə qədər deyiblər ki, Hacı müəllim, nə yaxşı filmdir, Nuriyyə xanım nə yaxşı oynayır. Bu, məni də sevindirir, onun yaxşı oynamağı filmin yaxşı olmağı deməkdir.

Nuriyyə xanımın vəfat etməsi mənə o qədər təsir edib ki, onunla bağlı olan gülməli hadisələr yadımdan çıxıb".

Xatırladaq ki, "Həm ziyarət, həm ticarət" filmi 1995-ci ildə lentə alınıb.

Tarix
2015.10.28 / 22:12
Müəllif
Nigar An
Digər xəbərlər

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla