Yuxarı

“İkicə zolağa milyonlar xərcləyirlər”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İkicə zolağa milyonlar xərcləyirlər”

"Keçmiş davamedici zaman" layihəsində:

Axar.az-ın "Keçmiş davamedici zaman" layihəsinin budəfəki qonaqları xalq rəssamı Arif Hüseynov və rəssam Günel Ravilovadır. Layihənin növbəti sualı isə belədir:

"Sovet və müstəqillik dövründə çəkilmiş hansı rəsm əsərlərini dünya muzeylərinə, sərgilərinə təqdim etmək olar və hansı əsərləri xarici ölkələrdə yüksək məbləğə satmaq mümkündür?"

Xalq rəssamı Arif Hüseynovun fikrincə, Toğrul Nərimanbəyovun əsərləri yüksək qiymətə layiqdir:

"O zamankı rəssamların hər birinin böyük istedadı var idi. Ona görə də seçim etmək çətindir. Amma mənə görə, əsərləri ilə dünya səviyyəsinə çıxa biləcək və gerçəkdən də əsərləri dünyanın müxtəlif sərgi salonlarında nümayiş edilmiş sənətkar – xalq rəssamı Toğrul Nərimanbəyovdur. Onun "Muğam" adlı bir əsəri var, həmin əsər çox yaxşı bir işdir və o, dünya muzeylərində, xaricdə sərgilənməyə layiqdir. Onun başqa işləri də yaxşıdır, amma həmin əsərdə Toğrul ortaya öz emosiyalarını tam qoya bilmişdi. Heç kəsin muğama diqqət yetirmədiyi bir zamanda Toğrul müəllim muğama müraciət etmişdi. Yüksək qiymətə satılan əsərlərə gəldikdə, bildiyim qədər, Mircavad Cavadovun əsərləri çox yüksək qiymətlərə satılıb. Bu yaxınlarda da xalq rəssamı Tahir Salahovun çəkdiyi bir portret yüksək qiymətə xaricdə satışa çıxarılıb".

Gənc rəssam Günel Ravilova isə hazırda insanların keyfiyyətsiz rəsm əsərlərinə maraq göstərməsindən danışdı:

"Həmkarım Vüqar Muradovun çox gözəl əsərləri var. Onun əsərləri indi də xaricdəki sərgi salonlarında nümayiş olunur. İnanıram ki, biz onun bütün əsərlərini fəxrlə dünya muzeylərinə təqdim edə bilərik. İndiki insanların bir az zövqü fərqlidir. Əvvəl ciddi sənət əsərləri daha yüksək qiymətə satılırdı, indi bu, belə deyil. Bəzən üzərində, sadəcə, iki dənə zolaq olan rəsm əsəri elə yüksək qiymətə alıcı tapır ki, adam məəttəl qalır. Xaricdə isə mənə elə gəlir ki, indiki rəssamlardan ancaq Vüqar Muradovun əsərləri yüksək qiymətə alıcı tapa bilər".

Tarix
2015.12.01 / 23:10
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Japarov Bakını təriflədi: Sədrlik missiyası...

Ərdoğan Bayramovla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla