Yuxarı

Rac Kapur Behbudovun əlini niyə öpdü? - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Qızıl duetlər" layihəsinin yeddinci dueti dünya şöhrətli sənətçilər - Rəşid Behbudov və Rac Kapurun birlikdə ifa etdi "Ruskiy sneq" mahnısıdır.

Rəşid Behbudov

Azərbaycan müğənnisi, SSRİ xalq artisti, SSRİ və Azərbaycan SSR dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstan MSSR-in xalq artisti, Gürcüstan SSR-in əməkdar incəsənət xadimi Rəşid Behbudov düz 100 il bundan əvvəl, yəni 14 dekabr 1915-ci ildə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya göz açıb.

Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmiryolu Texnikumuna daxil olur.

1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. Film 1945-ci ildə efirə çıxır və tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet İttifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

Ardı-arası kəsilməyən uğurları ilə həyatına davam edən sənətkar Hindistana səfər edir. Hətta bu səfər haqda "Uzaq Hindistanda" kitabını yazır.

O zaman özünün yaratdığı Mahnı Teatrının kollektivi ilə Hindistana səfər edən Rəşid Behbudov dəhşətli bir faktla rastlaşır. Komandasına tərcüməçilik edən bir hindistanlı şəhərlərin birindən keçən zaman erməni cani Şaumyanın burada basdırıldığını və dəfnində özünün də iştirak etdiyini deyir. O zaman SSRİ Ali Sovetinin deputatı olan azərbaycanlı müğənni buna çox təəccüblənir və həmin adamdan dəfnlə bağlı olan kaseti ona verməsini xahiş edir. (Belə bir fikir də var ki, Rəşid Behbudov məhz özü də Şaumyanın məzarını lentə alır, amma kaseti gizlədir).

Həmin şəxs kaseti Rəşid Behbudova verir. Xüsusi nüfuz sahibi olan müğənni o zaman Moskvaya gələrək həmin kaseti Qorbaçova fakt kimi təqdim edir. Çünki bu kaset rus-erməni işbirliyinin və Şaumyanın güllələnməməsinin bir sübutu idi. Hər şey də bundan sonra başlayır.

Rəşid Behbudov da xəstəxanada yatanda xanımına deyib ki, kaset məsələsinə görə onu öldürəcəklər.

Bu kasetə, əslində, "sonun başlanğıcı" da demək olar. Ali Sovetdən uzaqlaşdırılan Rəşid Behbudov hər il getdiyi tibbi komissiyanın müalicələrinə də buraxılmır. Elə bu çağırış Rəşid Behbudovun Moskvaya, ümumiyyətlə, bu dünyadakı hansısa bir şəhərə sonuncu səfəri olur.

Səsinin şöhrəti bütün dünyaya yayılan Rəşid Behbudov 1989-cu il 9 iyun tarixində müəmmalı şəkildə vəfat edir.

Sənətkarın həyat yoldaşı Ceyran Behbudova onun ölüm gününü belə xatırlayır:

"Biz Rəşid müəllimin olduğu palatanın qapısının qarşısında gözləyirdik. Qəfildən, gözləmədiyimiz anda tibb bacısı çölə çıxıb dedi ki, "Rəşid Behbudov dünyasını dəyişib". Biz şok olduq, tez içəri girdik. Gördük ki, sistem-filan, nə varsa, hamısını çıxarıblar. Səs-küy salıb dedik, nə ixtiyarınız var ki, sistemi çıxarasınız. Onlara da yalandan dedilər ki, guya, Rəşid müəllim yerində çapalayanda sistem çıxıb".

Dünya şöhrətli müğənninin ölümü bu gün də müxtəlif səbəblərlə izah edilir. AMEA-nın Tarix İnstitutunun direktoru, professor Yaqub Mahmudov da çıxışında müğənninin ölümünü Şaumyanla bağlı olan məsələlərin izini silməklə əlaqələndirmişdi:

"Mikoyan uzun müddət izi itirməkdən ötrü məlumat verib ki, guya o, Şaumyanla bağlı Hindistan arxivlərinə sorğu göndərib və ona orada heç bir sənədin olmadığını deyiblər. Guya onun oğlu Serqo Mikoyan da eyni şəkildə arxivlərə müraciət edib, amma bu sənəd tapılmayıb. İngilis jurnalisti Brayn Pirs isə Hindistana, Dehliyə gedərək arxivə müraciət edib. Arxivdən ona arayış veriblər ki, Mikoyan soyadlı şəxslər həmin arxivə müraciət etməyiblər. Bunların hamısı çox aydın sübut edir ki, güllələnən "26-lar" sırasında Şaumyan olmayıb".

Rac Kapur

Məşhur hind kinorejissoru, ssenarist, aktyor Rac Kapur 14 dekabr 1924-cü ildə Pişəvərdə aktyor Prithvirac Kapurun ailəsində anadan olub (Onun doğum günü Rəşid Behbudovla eyni tarixə təsadüf edir – red.). O, kinoda ("İnqilab") ilk rolunu 1935-ci ildə - 11 yaşı olarkən ifa edib. 1948-ci ildə öz şəxsi studiyası olan "Rac Kapur film" şirkətini yaradıb. Rac Kapur sonralar onu məşhurlaşdıran filmlərin əksəriyyətində rejissorluqla yanaşı, baş rolları da ifa edirdi.

Rac Kapurun yaxın dostu olmuş Rəşid Behbudov Azərbaycan musiqisini Hindistanda, hind musiqisini isə Azərbaycanda tanıtmışdı.

Ötən illər ərzində Bakıya çoxlu məşhurların, dünya şöhrətli simaların səfəri olub. Onlardan biri də məşhur aktyor Rac Kapurdur. Hind filmləri festivalı ilə əlaqədar olaraq SSRİ Mədəniyyət Nazirliyinin dəvəti əsasında Sovet İttifaqında olan Hindistan kino incəsənətinin xadimləri 1956-ci il noyabrın 3-də Bakıya gəlir. Bu heyətdə hər kəsin "Avara" filmindən tanıdığı məşhur Rac Kapur da olur. Onun Bakıya gəlişini eşidən hər kəs Rac Kapuru görmək üçün hava limanına, "Nizami" kinoteatrının qarşısına toplaşır.

"Ədalət" qəzetinin əməkdaşı Babək Yusifoğlu Rac Kapurla bağlı yazdığı yazıda maraqlı bir məqama toxunub:

"Onu Azərbaycanda da yaxşı tanıyırlar və sevirlər. Çoxlarının yaddaşında Racın qəribə təbəssümü, kədərli və mənalı baxışları həmişəlik yuva salıb. Bəlkə də ona qarşı bu qədər isti münasibətin, məhəbbətin bir nədəni də onunla bağlıdır ki, Rac Kapur Azərbaycanı tanıyırdı, Bakıya gəlmişdi, böyük müğənni Rəşid Behbudovla dostluq edirdi, bizim musiqimizə valeh idi. Hələ indi də bu iki möhtəşəm sənətkarın dostluğunun, yaxın münasibətlərinin şahidi olanlar az deyil. Doğrudan da Racla bağlı xatirələrin hər birinin öz gözəlliyi var. Həmin dostluq haqqında eşitdiklərimdən biri daha çox təsirlidir. Deyirlər, Rəşid Behbudov 1988-ci ildə Racın xəstə yatdığını öyrənəndən sonra Bombeyə gedib. Onların görüşü Kapurların nəhəng, gözəl evində olub. Amma Rac Kapur hind qonaqpərvərliyindəki qaydalara uyğun olaraq, ayağa qalxıb hörmətli qonağını qarşılaya bilməyib, çox təsirlənib. Lakin Rəşidə olan hörmətini, bu ziyarətə verdiyi dəyəri ifadə etmək üçün möhtəşəm aktyor onun əlindən öpüb".

Dünya şöhrətli aktyor Rac Kapur 2 iyun 1988-ci ildə Hindistanın Yeni Dehli şəhərində 64 yaşında vəfat edib.

Axar.az Rəşid Behbudov və Rac Kapurun birlikdə ifa etdi "Ruskiy sneq" mahnısını təqdim edir:

Tarix
2015.12.14 / 22:00
Müəllif
Fatimə İbrahimova
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla