Yuxarı

Əmir Teymurun əfsanəvi qılıncı Atatürkdə - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmir Teymurun əfsanəvi qılıncı Atatürkdə - Foto

Böyük sərkərdə Əmir Teymur vəfat edəndən sonra onun gəncliyindən ölüm gününə qədər yanında olan və türk ustalarının məharətlə hazırladığı qılınc yoxa çıxır.

Kult.az xəbər verir ki. bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib.

Onun sözlərinə görə, uzun zaman bu qılıncı çox insan axtarır, lakin qılınc ilk dəfə Nadir Şahın Buxara səfəri zamanı üzə çıxır:

“1740- cı ildə Buxara şəhərində böyük izzət və hörmətlə qarşılanan Nadir Şaha Əmir Teymura məxsus zireh və qılınc hədiyyə edilir. Qaynaqların yazdığına görə, qılıncı hədiyyə alan zaman Nadir Şah “Türkün Böyük sərkərdəsinin qılıncı türk dünyasına xidmət edəcək” deyib.

Şahın ölümündən sonra qılınc Səfəvilərin Ərdəbildə olan gizli xəzinəsində saxlanılır. Ruslar bu qılıncı əldə etmək üçün uzun müddət axtarırlar. Onlara məlum olur ki, bu qılınc Şahdan “Sər-aslan” titulu alan İrəvan xanı Həsən xan Qacardadır.

İrəvan şəhəri işğal ediləndə ən birinci qılınc axtarılır. Lakin İrəvanın sonuncu xanı onun oxşarını yaradır və ruslar onu orjinal bilib aparırlar. Qılıncın əsli isə yenidən Buxaraya göndərilir. Burada Əmir Teymurun məqbərəsini mühafizə edən ağsaqqallar onu gizlədirlər.

Bu qılınc bir də ortaya Türkiyənin dünyanın böyük dövlətlərinə qarşı apardığı İstiqlaliyyət savaşı zamanı çıxır. Atatürkə türk dünyasının hər yerindən yardımlar edilirdi. Baxmayaraq ki, özləri Rusiya, Britaniya və Almaniya nəzarəti altında idilər. Buxarada toplanan və Əmir Temyurun məzarının qoruyucuları olan ağsaqqallar Atatürkə yardım etmək üçün əhalini səfərbər edirlər və onlar bir neçə kilo qızıl, Əmir Teymura məxsus Qurani-Kərimi və qılıncı ona hədiyyə göndərirlər.

Fotoda Atatürk və İsmət Paşadır. Atatürkün belində isə böyük Əmir Teymurun qılıncıdır”.

Tarix
2023.08.25 / 10:50
Müəllif
Kult.az
Digər xəbərlər

Nardaranda polis öldürən Hərəkata Avropa “vəsiqə” verir?

Bakı və İrəvanın bu addımı dünya üçün nümunədir - Bəyanat

Bakı, İrəvan və Vaşinqton Birgə Bəyanat yaydı

Taleh Avropada “nümayəndəlik” açdı: Kimlər himayə edir?

Azərbaycan Kolumbiyaya başsağlığı verdi

Məmurların adından “təcili” pul istəyirlər - DTX

Trampın İranla bağlı sualına İlham Əliyevin cavabı...

Ermənistan bazarı tərk etdi: Bakı milyonlar qazanır

Azərbaycan XİN Ekvadoru təbrik etdi

Litvanın baş naziri İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla