Yuxarı

Raisaya Qarabağ üçün ABŞ-da verilən bahalı üzük – Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Raisaya Qarabağ üçün ABŞ-da verilən bahalı üzük – Foto

1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu Yorka gedən Mixail Qorbaçovla (SSRİ-nin ilk və son prezidenti) erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dakı səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Liana Dubinina - qızlıq soyadı Xaçatryan - ABŞ-dakı erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb.

O bildirib ki, ermənilər M.Qorbaçova xristianlığa aid bir qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə ingilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi hazırlanmış brilyant üzük və qolbağ hədiyyə etmişdilər:

“SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda hazırlanmış qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər.

Üzük Qorbaçovun xanımının o qədər xoşuna gəlir ki, onların şərəfinə ermənilərin verdiyi banket zamanı əlinə qədəh alaraq, “Sovet və erməni xalqları arasında dostluğun şərəfinə” sağlığını deyir. Görüşdən sonra Raisa Qorbaçovanın erməni diasporuna cavabı bələ olur: “Qarabağ məsələsi tezliklə sizin xeyrinizə həll olunacaq”.

Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan "Ştern” jurnalında dərc edilmiş kollajda Raisa Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində keçmiş Dağlıq Qarabağın üzərinə düşür.

Amma bir neçə ay sonra məlum olanda ki, Qorbaçov Qarabağın ermənilərə verilməsinə təsir göstərə bilməyəcək, daşnaklar Ermənistandakı meydanda “Raisa, üzüyü qaytar” plakatı asmışdılar.

Ona bağışlanan və dəyəri bir milyon dollar olan brilyant üzük hazırda muzeydə saxlanılır”.

Tarix
2023.12.27 / 07:00
Müəllif
Kult.az
Digər xəbərlər

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

Erməni əsilli məhbusların hüquqları pozulur?

Bu, ərazi bütövlüyünün bərpasının təzahürü idi

Qarabağdakı qondarma rejimin özünü buraxan qərarı

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla