Yuxarı

Atatürk: “Pərdələr qalxır, sirlər üzə çıxır…”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Atatürk: “Pərdələr qalxır, sirlər üzə çıxır…”

Axar.az-ın "Qılınc və Qələm" layihəsində dünya siyasi liderlərinin yazdığı bədii mətnlər yayımlanacaq.

Layihədə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün "Həqiqət haradadır?" və "İnsan" şeirlərini təqdim edirik.

Həqiqət haradadır?

Qafil, hansı 3 əsr, 10 əsr?

Dunay əzəldən türk diyarı olub.

Tarix özü deyib bunu

Pərdələr qalxır, sirlər üzə çıxır…

Dinləyin tarixin doğulan səsini

Aydınlıqda qaraltı, qaraltıda şəfəq

Yalan tarixi basdırıb, doğru tarixə yol alın

Asiyanın ortasında Oğuz oğulları,

Avropanın Alplarında Oğuz nəvələri

Şərqdən çıxan biz, qərbdə yenə biz

Harada olsa, nə olsa özümüzü tanırıq.

Türk, sadəcə bir millətin adı deyil,

Türk - bütün insanların birliyidir

Ey bir-birinə diş qıcayan kütlələr!

Ey insanlar!

Yırtılsın gözlərdəki qəflət pərdəsi

Yalnız onda dünya biləcək ki, haradadır həqiqət

Həqiqət haradadır?

İnsan

Gələnlər adamdır, tapılanlar insan

İnsan yalnız tanrının yaratdığı məxluqdur

İnsan məxluqdan,

adam insandan yaranıb

Tanrının insanı yeyir, içir...

İnsanın yaratdığı adam isə düşünür və yaradır.

Tarix
2016.02.15 / 09:18
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla