Yuxarı

Müşfiq Xandan Pərvizə bir abzas

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müşfiq Xandan Pərvizə bir abzas

Axar.az-ın "Bir abzas" layihəsində hər hansı ədəbiyyat adamı haqda həmkarlarının fikirlərini təqdim edirik. Layihənin üçüncü qonağı Milli Kitab Mükafatı və III Nəsimi Milli Kitab müsabiqəsinin birincisi olmuş yazıçı Pərviz Cəbrayıldır.

Yazıçı Müşfiq Xan Pərviz Cəbrayılın yaradıcılığı haqda fikirlərini bir abzasa sığdırmağa çalışıb:

"Baxmayaraq ki, biz eyni rayonda - Biləsuvarda doğulmuşuq, amma qismət elə gətirib ki, mən Pərvizi xeyli gec tanımışam. Bu o zamandır ki, mən şagirdlərimlə, o isə yazdıqları ilə bütöv bir cəmiyyətin qayğıları ilə uğraşırdı. Pərviz haqqında danışıb-yazmaq istədiklərim, əlbəttə, bir abzasa sığmayacaq qədər çoxdur, bu mütləqdir. Pərviz real həyatda yazdığı mətnlərinin tam əksinə olaraq – olduqca sadə, reallığı qəbul edə bilən, anlayış göstərmək gərəkdisə, anlayış göstərməyi çox yaxşı bacaran, ritorikaya qapılmayan bir insandır. Pərvizlə ilk dəfə görüşə gedəndə elə təsəvvür edirdim ki, ağsaqqal bir adamla qarşılaşacağam. Görüşəndə gördüm yox, gəncdir. Son illərsə, hərdən mənə elə gəlir ki, Pərviz artıq yaşlanıb, ona görə gənclərin məclislərində az-az görünür. Əslində, Pərviz hər iki zamanın adamıdır - həm ağsaqqaldır, həm gəncdir. Amma özünü büsbütün işə həsr etdiyinə görə, illərdi yeni roman çap etdirmədiyinə görə oxucuların onu bağışlamayacağından çox qorxuram. Pərvizin yaradıcılığı bu qədər sükuta layiq deyil, belə düşünürəm. Məsələn, "Yad dildə" romanını Pərviz Cəbrayıl deyil, Cəlil Cavanşir yazsaydı, heç şübhəsiz o indiyə "xalq yazıçısı" adını almışdı".

Tarix
2016.03.03 / 10:02
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla