Yuxarı

Ermənilər Roma Papasını neçəyə satın aldılar?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumdur ki, 2001-ci ilə qədər rəsmi Vatikan 1915-ci ildə Osmanlı imperiyası daxilində baş verən hadisələrlə bağlı “soyqırım” sözünü işlətməyib. 2001-ci ildə Roma Papası 2-ci İohan Pavel ilə Patriarx 2-ci Qareginin yaydığı bəyannamədə ilk dəfə "soyqrım” sözü işlədilib. Bundan sonra Vatikan siyasətini dəyişdirdi. Niyə birdən-birə Papa bi ifadəni işlətdi?

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev qeyd edib.

O bildirib ki, Papalığın bütün maliyyə sistemi rəsmi olaraq Dini İşlər İnstitutu (IOR) kimi tanınan Vatikan Bankı üzərində qurulub:

“Bu bankın fəaliyyətinə nəzər salanda dini istiqamətdə xərclənən pullardan çox, çirkli pulları yumaq, Papanı bir çox işlərdə razı salmaq üçün böyük məbləğli korrupsiya məsələlərini görmək olar.

Hazırda Avropada “Dünyanın ən məxfi bankı” kimi də tanınan IOR çirkli pulların yuyulması və korrupsiya ilə tanınır. IOR ilə bağlı ən böyük qalmaqallardan biri onun əsas səhmdarı olduğu Ambrosiano Bankın Siciliya mafiyası üçün çirkli pulların yuyulmasında ittiham olunması idi. Çox uzaq zamana getməyək, elə 2022-ci ildə Roma Baş Prokurorluğunun araşdırma hesabatında Dini İşlər İnstitutu (IOR) adı altında fəaliyyət göstərən Vatikan Bankının bəzi köçürmə əməliyyatlarında AB ölkələrində çirkli pulların yuyulmasının qarşısının alınmasına yönəlmiş qaydaları pozduğu təsdiqlənib. İstintaq çərçivəsində pulların yuyulması əməliyyatı şübhəsi ilə IOR-dan “JP Morgan Frankfurt” və “Fucino” banklarına köçürülən 23 milyon avroya həbs qoyan prokurorluq təxminən 140 milyon avro məbləğində pul köçürmə əməliyyatlarını da yoxlamağa qərar vermişdi.

Məhz bu banka 2001-ci ildə 25 milyard dollarlıq bir köçürülmə baş verir. Köçürülümə İsveçrə banklarından birinin vasitəsilə baş verib və köçürməni edən isə amerikalı milyarder Kirk Kirkoryan idi. Bu pul hansı məqsədlə köçürülüb?

Kirkoryan ABŞ-də Fresno şəhərində (Kaliforniya ştatı) anadan olub. 1800-cü illərin sonunda Maraşdan ABŞ-a köç etmiş bir ailənin övladı idi. Atası Aharon Qriqoryan, anası Liliya Qriqoryandır. Böyük biznesə malik olan Kirkoryan 9 yaşında türklərin düşməni olaraq çıxışlar etməyə başlayıb. Bütün var-dövlətini Türkiyə və hazırda da Azərbaycan əleyihinə yönəldib. Qarabağ işğalda olanda 80 milyon dollar Xankəndi-Şuşa-Laçın yolunun çəkilməsinə xərcləyib.

O, Vatikana kiçik miqdarlarda maliyyə yardımı edərək Papa II İohann Pavelin diqqətini cəlb edir və onu görüşə razı salır. Görüş zamanı əldə edilən razılıq belə idi:

1) Vatikan Gizli Arxivlərində bolqar əsilli polkovnik Panço Dorefin təqdim etdiyi sənədlərin üzə çıxarılmır (qeyd edim ki, 1931-ci ildə erməni məsələsi ilə bağlı sənədlərin Bolqarıstana, oradan da Vatikana qaçıran şəxsdir);

2) Erməni Katolik Kilsəsini ziyarət edən Apostol kilsəsinin nümayəndəsi monsinyor Jovanni Naslian tərəfindən Papanın katibi, kardinala yazdığı hesabat üzə çıxarlmır. Çünki həmin hesabatdan əldə etdiyimiz bir məktubda Jovanni Naslian Papaya yazır: “Erməni Katolik Kilsəsi katoliklərin türk hökumətinə çətinlik yaratmayacağı təminatını verir. Türk hökuməti də katoliklərə hər zaman yaxınlıq göstərdiyini bəyan edir. Katolikləri sadiq və güvəniləsi təbəələri kimi tanıdıqlarını rəsmən qeyd edirlər” (Məktubun surətindən bir hissə əlavə edilir);

3) Vatikanın Osmanlı dövləti ilə yazışmaları üzə çıxarılmır;

4) 1915-ci ildə Vatikanın xüsusi nümayəndələrinin Osmanlı dövlətində apardıqları araşdırmalar üzə çıxarılmır;

5) Papa Ermənistana səfər edir və soyrıqım abidəsini ziyarət edir və soyqırım faktını təsdiq edir;

6) Bütün bunlar icra edilsə, 25 milyard dollar Vatikanın IOR bankına köçürülür.

Bu müqavilədən sonra Vatikan Gizli Arxivləri Müdiri Sergio Paqanonun “Il Messaggero” qəzetində müsahibəsi dərc edilir və Papanın belə qərar qəbul etməsindən qəmgin olduğu ifadə işlədilir.

Qeyd edək ki, bu, Vatikanın gizli arxivlərində 1915-ci ildə “soyqırım” olmadığını göstərən yüzlərlə sənəd var və onlar 2001-ci ildən bağlı sandıqlarda gizlədilir.

Roma Papası II İoan Pavel 2001-ci ildə Ermənistanda xristianlığın dövlət dini kimi qəbul olunmasının 1700 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir və Birinci Dünya müharibəsi zamanı Osmanlı İmperiyasında ermənilərin “kütləvi qırğınını” yenidən “soyqırım” “adlandırır.

Papa Fransisk 2015-ci ildə qondarma erməni soyqırımının 100-cü ili səbəbiylə bir dini ayin keçirir.

Roma Papası Fransis bütün ermənilərin katolikosu II Qareginin müşayiəti ilə 2016-cı ildə İrəvanda “Erməni soyqırımı xatirə kompleksinə” baş çəkir və Fransisk İrəvanda yazılı mətndə olmamasına baxmayaraq, şifahi nitqində “erməni soyqırımı” ifadəsindən istifadə edir.

Bu fakt bir daha sübut edir ki, ermənilərin uydurduğu soyqırım əfsanəsi sadəcə pul gücünə inandırılır insanlara və dünyada xristian dinin mərkəzi sayılan Vatikan və papalar pulla satılan şəxslərdir sadəcə. Din onlar üçün puldan sonra gəlir”.

Tarix
2024.04.24 / 22:06
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Fransa bununla Azərbaycanı qıcıqlandırır - Uorlik

Bu başçı özünə yeni müavin təyin etdi

Hərbi polisin sabiq xidmət rəisinə hökm oxundu

Bayramov Qırğızıstanın yeni səfirini qəbul etdi

Sülhün əksər elementləri razılaşdırılıb, fikrimcə... - Klaar

Konstitusiya Məhkəməsində seçkilərlə bağlı iclas

Pezeşkian Azərbaycanla bağlı elə sözlər dedi ki... - Mühüm

O polisin bədənini gördüm – 3 bıçaq, iki güllə yarası vardı

Türkiyə “Bastion”ları bir ay ləngitdi: “Sezar” necə gələcək?

Pezeşkian türkcə danışdı, xəbərdarlıq aldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla