Yuxarı

Məşhur aktrisanın dəhşətli taleyi: buna görə öldürüldü

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur aktrisanın dəhşətli taleyi: buna görə öldürüldü

1959-cu ildə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Onu bağışlamaq olarmı?” filminin ssenarisi Mehdi Məmmədovun “Bahar” pyesinin əsasında yazılıb. Rejissor Rza Təhmasibin çəkdiyi filmdə süjet xəttini cinayət axtarışı əməkdaşlarının və ictimai asayişin keşiyində duran milis işçilərinin fəaliyyəti və cinayətkarın təsiri altına düşmüş gənc Tərlanın dramatik taleyi təşkil edir.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev xatırladıb.

O, filmin qəhrəmanlrından olan Sevdanın faciəli həyatından bəhs edib:

“Filmdə erməni mənşəli sovet aktyoru Qurgen Ovanesoviç Tonunts Tərlan, sovet aktrisası Manana Abuyeva isə Sevda obrazını yaradıb.

1944-cü ildə anadan olan Manana Abuyeva “Gün çıxmazdan əvvəl” filmində Xonar, “Səhər” filmində Suzanna rolu ilə yaddaşlarda qalıb. Gözəl aktriasının faciəli həyatı da məhz bu filmdən sonra başlayır.

Filmə baxan tamaşaçılardan biri ona dəlicəsinə vurulur. Ona müxtəlif hədiyyələr göndərən şəxs dəfələrlə Manana xanıma evlilik təklifi etsə də, aktrisa imtina edir.

Manyakcasına onu izləyən şəxs xəbər göndərir ki, əgər onunla evlənməsə, onu öldürəcək. Sözünü də tutur.

Manana Abuyeva evə gedən zaman maşını aktrisanın üzərinə sürərək, onu vurub öldürür.

Tarix
2025.02.12 / 07:00
Müəllif
Kult.az
Digər xəbərlər

Rövşən Pənahlı da işdən çıxarıldı

İlham Əliyev BƏƏ-yə getdi - Video

Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı

Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video

Vahid Ələkbərovun sərvəti açıqlandı

"Moskva" və "Qars" Naxçıvan Konstitusiyasından çıxarılır

Naxçıvan Konstitusiyasına dəyişikliklər: ikinci səsvermə...

Milli Məclisin plenar iclası başladı

XİN Pakistanda terror hücumlarını pislədi

İlham Əliyev Pezeşkiana niyə zəng etdi? - Səbəbi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla