Yuxarı

İrəvana çağırılan türk jurnalist elə bir süjet hazırladı ki... - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana çağırılan türk jurnalist elə bir süjet hazırladı ki... - Video

Bir neçə gün öncə Ermənistan hökumətinin dəvəti ilə Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün İrəvana gələn və burada 3 gün qalan türkiyəli jurnalistlərdən biri - CNN Türk kanalının müxbiri İdris Arıkan İrəvandan reportaj hazırlayıb.

Axar.az xəbər verir ki, reportaj erməni sosial şəbəkə istifadəçilərinin ciddi reaksiyaya səbəb olub.

İrəvanın müxtəlif yerlərində olan İdris Arıkan şəhərin qədim türk torpağı olduğunu bildirib.

“İrəvanın türkcə adı Rəvandır”, - jurnalist qeyd edib.

Arıkanın İrəvandakı qədim Göy Məsdidin qarşısında etdiyi çıxış da erməniləri narazı salıb.

“Bu, İrəvanda qalan yeganə məsciddir. Məscid 1700-cü illərdə (1766-cı il – red.) İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilib. Əvvəlcə məscidə Hüseynəli adı verilib, sonradan isə dəyişdirilərək Göy Məscid olub. Əslində İrəvanda 8 məscid var. O dövrdə burada Azərbaycan türkləri də yaşayıb. 90-cı illərdə Qarabağ müharibəsi zamanı buradakı türk əhali zorla çıxarıldı və bütün məscidlər də bir-bir bağlandı. Sadəcə bu məscid qalıb. Bu məscidin də istifadə edildiyini söyləmək mümkün deyil. Yalnız saat 10-13, 13-15 arası açılır”, - reportaj müəllifi qeyd edib.

Amerikalı jurnalist Lindsi Snell də Arıkanın reportajının Göy Məscidlə bağlı olan hissəsini özünün X səhifəsində paylaşıb:

“Paşinyandan müsahibə almaq üçün İrəvana gedən türkiyəli jurnalistlərdən biri Göy Məscidi ziyarət edib və onun da İrəvan kimi, tarixi türk abidəsi olduğunu deyib”.

Tarix
2025.03.18 / 11:51
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol yenidən seçilmək üçün tam dəstəyimə malikdir - Tramp

Rubio Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi

Tiflis körpüsü bayrağımızın rəngləri ilə işıqlandırıldı - Foto

XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevin Müstəqillik Günü ilə bağlı paylaşımı - Foto

Əli Nağıyev MDB iclasında iştirak etdi

Bakı metrosu genişləndirilir: 10 yeni stansiya tikiləcək...

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla