Yuxarı

Türkiyəli jurnalistləri Ermənistana kim gətirib?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəli jurnalistləri Ermənistana kim gətirib?

Türkiyəli jurnalistlər İrəvan tərəfinin təşəbbüsü ilə Baş nazir Nikol Paşinyandan müsahibə almaq üçün Ermənistana gəliblər.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Çarukyan deyib.

Onun sözlərinə görə, Ermənistana 10 KİV nümayəndəsi gəlib:

“Bizim təşəbbüsümüzdə 10 media orqanı var idi, məqsəd Ermənistanın bölgədə sabit sülhün bərqərar olması və Ankara-İrəvan münasibətlərinin normallaşdırılması istiqamətindəki yanaşmalarını mümkün qədər birbaşa və ətraflı şəkildə geniş türk ictimaiyyətinə çatdırmaqdır. Səfər zamanı KİV nümayəndələri baş nazir, bir sıra digər rəsmi şəxslərlə müsahibələr və müzakirələr aparıblar”.

Çarukyan bildirib ki, dəvət olunanlar arasında hökumətyönlü, müstəqil və müxalif media nümayəndələri də var:

“Türkiyə mediasının nümayəndələri Ermənistan dövlət büdcəsindən ayrılan vəsaitlə bura gəliblər, üç gün burada qalacaqlar, sabah qayıdacaqlar”.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə müsahibə verib. Erməni baş nazir səhifəsində bununla bağlı qısa video da paylaşıb.

Tarix
2025.03.12 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla