Yuxarı

Ermənilər Bakıda Tabasaranskini güllələyir - Tağıyevin xahişi...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Bakıda Tabasaranskini güllələyir - Tağıyevin xahişi...

Əbdül bəy Tabasaranski (Tabasaranlı) Bakı realnı məktəbdə təhsil alıb. Çar ordusunun polkovniki rütbəsinə qədər yüksəlib. Birinci dünya müharibəsi iştirakçısı olub, Osetin atlı dəstəsinə komandirlik edib. Bir çox yüksək mükafatlar və adlar alıb.

Bakıda milyonçular yaşayan indiki Murtuza Muxtarov (keçmiş Poluxin, ondan öncə Fars küçəsi) küçəsində mülkü olub.

Mənbələr (Доклад председателю Чрезвычайной Следственной Комиссии, члена той же Комиссии А.Е.Клуге по делу о насилиях, произведенных над мусульманским населением г. Баку, Киреев Ф.С. Герои и подвиги: Уроженцы Осетии в Первой мировой войне. — Владикавказ: Ир, 2010 və Albanvi, Ali. "Абдул-бек ат-Табасарани - полковник царской армии — Abdul-bey at-Tabasarani - colonel of the tsarist army) yazır:

“1918-ci ilin mart ayının 31-də keçmiş Nikolayevski küçəsi ilə hərəkət edən və Bakıda yaşayan erməni iş adamları, ziyalılar və ictimai xadimlər silahlı dəstələrlə evlərə daxil olub, insanları küçələrə çıxarıb, qətlə yetirirdilər. Fars küçəsinə daxil olan erməni dəstəsi öncə 8 qadın və bir uşağı küçəyə çıxardıb, heç birinin and-amanını dinləmədən güllələdilər.

Sonra isə Bala Əhməd Muxtarovun evində olan qonaqları - polkovnik Tabasaranskini, Sultan bəy Əmircanovu, həkim Kərim bəy Sultanovu, Cavad bəy Aşurbəyov və digərlərini küçəyə çıxıb güllələmək istəyəndə Hacı Zeynalabdin Tağıyev hadisə yerinə gəlir. Cibindən sənəd çıxarır və erməni ziyalılar və zabitlərə təqdim edir ki, bəs o, bolşeviklərin tərəfindədir, vaxtilə onlara yardım edib və bunun əvəzinə güllələnmək üçün divara söykədilən şəxsləri azad edilməsini xahiş edir. Əvəzində pul və qızıl da verəcəyini söz verir.

Ermənilərin ona qulaq asmadığını görən Tağıyev Tabasaranskinin türk olmadığını deyib, onu azad etməyə çalışsa da, erməni zabiti ona cavab verir ki, onlar daşnaklardır və bolşevik deyilər. Bolşeviklər onlara kömək etsələr də, onların sözü və vədi daşnaklar üçün keçərli deyil. Tabasaranski də onlar kimi müsəlman olduğu üçün öldürülməlidir.

Erməni zabit Tağıyevi kənara itələyrək əsir götürülən şəxsləri güllələməyi əmr edir. Sonra Sultanov və Aşurbəyovun cəsədlərini yanan "Dağıstan" mehmanxanasının alovlarına atmağı tapşırır.

Tağıyevin gözü önündə yerdə qalan meyitləri ayaqlayaraq İsmailiyyə binasına gedib oranı talan edirlər. Sonra isə od vururlar.

Tabasaranskinin cəsədi isə tanınmaz hala düşür və onu sonradan tanımaq mümkün olmur...”

Tarix
2025.03.30 / 08:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla