Yuxarı

ABŞ açıqladı: Azərbaycan yaxınlığında Kabus ada - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ açıqladı: Azərbaycan yaxınlığında Kabus ada - Foto

Jurnalist Karli Kassellanın “ScienceAlert” beynəlxalq jurnalında maraqlı bir yazısı dərc edilib: “Kabus ada” okeandan çıxdı və yenidən yox olmaq üzrədir”.

Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev bildirib.

O, yazının qısa icmalını təqdim edib:

“ABŞ-nin Milli Aeronavtika və Aerokosmik Tədqiqatlar Agentliyinin (NASA) peykləri Azərbaycan yaxınlığındakı Kabus adanın şəklini çəkib. Alimlər adanın görünüşünü Xəzər dənizində yerləşən palçıq vulkanının püskürməsi ilə əlaqələndirirlər. Müvəqqəti torpaq kütləsi ilk dəfə 1861-ci ilin mayında sənədləşdirilib. Lakin növbəti il yoxa çıxıb. Ada 20-ci əsrdə təxminən altı dəfə üzə çıxıb və yox olub. Adanın son görünüşü 2023-cü ilin yanvarında qeydə alınıb, lakin sonrakı peyk görüntülərində yalnız dar bir quru zolağı görünür”.

Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məşhurdur. Azərbaycan dərin sirləri ilə diqqət çəkir. Bunlardan biri də Xəzər dənizinin mistik xüsusiyyətləri və onun ətrafındakı hekayələrdir. Xəzər dünyanın ən böyük daxili dənizi (göl) olmaqla yanaşı, həm də qədim zamanlardan bu yana saysız miflərə, inanclara və sirlərə ev sahibliyi edib.

2023-cü ilin fevral ayında peyk görüntüləri palçıq leyləsi ilə əhatə olunmuş diametri 400 metr olan bir ada aşkar etdi. Təhlillər göstərdi ki, ada 30 yanvar - 4 fevral tarixləri arasında əmələ gəlib. Görüntü 2024-cü ilin sonuna qədər davam edib və yox olub. Xəzərin bu hissəsində ilk belə ada 1861-ci ilin mayında müşahidə edilib. Onun eni 87 metr olub, dəniz səthindən 3,5 metr hündürlüyə qalxıb. 1862-ci ilin əvvəllərində bu yamaq yuyulub. Vulkanın ən güclü püskürməsi isə 1950-ci ildə qeydə alınıb. Sonra Kabus adanın ölçüsü eni 700 metr, hündürlüyü isə 6 metrə çatıb.

Bu Kabus ada - Çigil adası vulkanı Xəzər dənizində, Bakı arxipelaqında yerləşən palçıq vulkanıdır. Bu vulkanın püskürmələrindən sonra adalar yaranır, lakin bu adalar qısa zamanda dalğalarla yuyulur və vulkanın əsas kütləsi su altında qalır. Çigil dəniz vulkanı periodik olaraq püskürən vulkanlar sırasına aiddir.

Qeyd edim ki, dünyada daha bir “Kabus ada” Sakit okeanda görülüb, 2019-cu ildə. Yeni Kaledoniya və Vanuatu və Böyük Baryer Rifi arasında görünüb-itən bu Kabus ada Xəzər dənizində olan Kabus ada kimi alimlərin diqqət mərkəzindədir”.

Tarix
2025.06.02 / 15:02
Müəllif
Kult.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla