Yuxarı

Nəsrin üsyan etdi: Əyləndik, daha bəsdir...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nəsrin üsyan etdi: Əyləndik, daha bəsdir...

Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə mediada haqqında çıxan xəbərlərin təhrif olunmasına etiraz edib.

Kult.az xəbər verir ki, aktrisa illər əvvəl zarafatyana söylədiyi sözlərin həqiqət kimi təqdim olunmasından sıxıldığını dilə gətirib. O, İnstaqram səhifəsində məsələ ilə bağlı bu sözləri yazıb:

“Hörmətli jurnalist dostlarım, diva deyiləm, başgicəlləndirici təsir yaratmıram. Məni razı salmaq o qədər də çətin deyil. Xəbər başlıqlarını saymaqla bitməz, amma hələlik cavab verməyim ən vacib olanlar bunlardır. Yeri gəlmişkən, asosial hesab olunacaq qədər təvazökar həyat tərzi keçirən və işini layiqincə görməyə çalışan bir Allah quluyam. Güldük, əyləndik, daha bəsdir.

3-4 il bundan əvvəl açıqlamalarımın birində Vudi Allenin (Amerika kino rejissoru və aktyoru - red.) heç bir suala ciddi şəkildə cavab verməməsini örnək alaraq, bir-birindən gülməli cavablar vermişdim. Bunun üzərindən bu müddət keçməsinə baxmayaraq, hələ də sözlərim təhrif olunur. Açıqlamam başdan-ayağa trol idi və həmin vaxt çox əylənmişdim. İndi isə artıq gülmədiyimin fərqinə vardım. Kim bilir, bəlkə də yeni trollara ehtiyacım var. Sizi sevirəm”.

Tarix
2018.02.05 / 11:22
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla