Yuxarı

1 milyonluq əxlaqsız təklif alan aktrisa: Azərbaycanlılar...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
1 milyonluq əxlaqsız təklif alan aktrisa:

Yazdıqlarımın azərbaycanlılarla heç bir əlaqəsi yoxdur.

Kult.az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Özgə Borak şəxsi İnstaqram hesabında yazıb. Aktrisa azərbaycanlı iş adamının ona 1 milyon dollarlıq əxlaqsız təklif etməsi barədə paylaşımına görə həmyerlilərimizin tənqidinə məruz qaldığını bildirib:

“Hörmətli Azərbaycan vətəndaşları, sizlərdən o qədər çox mesaj gəldi ki, izahat verməyə ehtiyac duydum. Hadisənin sizinlə heç bir əlaqəsi yoxdur. Yazılana da inanmamışam. Kim olduğunun, hardan olduğunun, yazılanın nə dərəcədə həqiqi olmasının da heç bir önəmi yoxdur. Bu səbəbdən də adını açıqlamadım. Etdiyi zarafat belə olsa, yazılması doğru deyil. Buna görə də həmin şəxsi “həddini bilməz” adlandırıram. Bu məsələni bütün azərbaycanlıların adına ümumiləşdirmək ən böyük xətadır. Mən, sadəcə, aramızda belə insanların olmasına təəssüflənirəm”.

Qeyd edək ki, türkiyəli aktrisa Özgə Borak sosial şəbəkə hesabında özünü azərbaycanlı iş adamı kimi təqdim edən şəxsin ona 1 milyon dollarlıq əxlaqsız təklif etdiyini yazıb. Onun bu paylaşımı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Bir çox sosial şəbəkə istifadəçisi profilin saxta olduğunu, həmin təklifi edən şəxsin kimliyinin şübhə doğurduğunu yazıb.

Tarix
2018.06.05 / 16:23
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla