Yuxarı

İstanbula bilet, otel, konsert hədiyyəsi – Sən də uda bilərsən

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbula bilet, otel, konsert hədiyyəsi – Sən də uda bilərsən

Bakı Metropoliteni QSC sərnişinlər üçün yeni sosialyönümlü layihəyə start verib. Mayın 25-də dünya şöhrətli bəstəkar və kamança ifaçısı Mark Eliyahu Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. QSC metro sərnişinlərinə bu konsertə bilet qazanmaq fürsəti verir.

Bakı Metropolitenindən Kult.az-a verilən məlumata görə, QSC-nin “Yunayted Kulturs” və “124 Studios” ilə layihəsi məhz bu konsertlə bağlıdır.

Layihənin əsas məqsədi metro sərnişinləri arasından seçiləcək 10 nəfəri Mark Eliyahunun konsertinə biletlə təmin etməkdir.

Bunun üçün sadə bir qeydiyyat prosedurundan keçmək lazımdır: Siz ad, soyad və atanızın adını, doğum tarixinizi, telefon və metroda gediş kartının nömrəsini göstərirsiniz. Seçim “United Cultures” tərəfindən düzgünlüklə və qərəzsiz aparılacaq.

Konsertə artıq bilet almış şəxslər də qeydiyyatdan keçə bilər. Həmçinin əldə olunan biletinizin nömrəsini xüsusi olaraq ayırılmış qrafada göstərməklə Mark Eliyahunun İstanbuldakı konsertinə bilet qazanmaq şansı da əldə edirsiniz. Bu halda sizə təyyarə ilə İstanbula və geri uçmaq, oteldə yaşamaq imkanı və konsert bileti daxil olan paket təqdim olunacaq.

Tarix
2019.05.17 / 11:47
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla