Yuxarı

İsraildə bayrağımıza hörmətsizlik kimin günahıdır? – Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsraildə bayrağımıza hörmətsizlik kimin günahıdır? – Foto

13:17

Bayrağımızın rənginin səhv göstərilməsi Avroviziya-2019 mahnı müsabiqəsində mətbuat konfransını həyata keçirən təşkilatçılarının səhvidir.

Bunu beynəlxalq mahnı müsabiqəsində bayrağımızın yanlış göstərilməsinə münasibət bildirən İctimai Televiziyanın mətbuat katibi Aynurə Asimqızı Kult.az-a bildirdib. O qeyd edib ki, Azərbaycan nümayəndə heyəti məsələyə iradını bildirib və səhv düzəldilib:

“Bayrağımız qəsdən elə qoyulmayıb, konfrans təşkilatçılarının səhvidir. Bizim heyət buna iradını bildirdikdən sonra düzəldilib. Bunun şəkilli sübutu da var. Düşünürəm ki, bu o qədər də böyüdüləcək bir şey deyil”.

Qeyd edək ki, İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Avroviziya-2019 mahnı müsabiqəsində ölkəmizin adının qeyd olunduğu lövhəyə bayrağımız tərs vurulub. Bu görüntülər sosial şəbəkədə sərt tənqid olunub.

Avroviziya mahnı müsabiqələrində keçirilən mətbuat konfransları iştirakçı ölkənin nümayəndə heyəti tərəfindən təşkil olunur. Yəni texniki məsələlər yarışmanı keçirən ölkəyə aid deyil. Sözügedən faktda bayrağımızın tərs vurulmasına nəzarəti də Avroviziya komandamız həyata keçirməli idi.

Xatırladaq ki, Azərbaycanı yarışda Çingiz Mustafayev "Truth" mahnısı ilə təmsil edir. O, finala vəsiqə qazanıb.

Tarix
2019.05.17 / 15:13
Müəllif
Mahir Ələkbərov
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla