Yuxarı

Məşhur çoban qoyunlarını satıb klip çəkdirdi - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur çoban qoyunlarını satıb klip çəkdirdi - Video

“O səs Türkiyə” yarışmasının azərbaycanlı ifaçısı, çoban kimi tanınan Pərvin Səfərov ilk klipini təqdim edib. “Sənə möhtacam” adlanan klip sözləri Rüfət Sabirliyə, musiqisi ifaçıya məxsus olan eyniadlı mahnı əsasında ərsəyə gəlib.

Pərvin Səfərov Müsavat.com-a açıqlamasında bildirib ki, klipin xərclərini ödəyəcək sponsor tapa bilmədiyindən sevimli qoyunlarını satmaq məcburiyyətində qalıb.

“Bu mənim ilk klipimdir. Buna görə çox sevincliyəm və inanıram ki, ilk işim pərəstişkarlarımın da xoşuna gələcək. Klip və mahnı iki gəncin bir-birinə olan sevgisindən, ayrılıqdan, vüsaldan söz açır", - P.Səfərov deyib.

İfaçı bildirib ki, klipinin bütün ideyası da özünə məxsusdur:

"Bütün sevənlərimdən xahişim budur ki, ilk işimi izləyərək və paylaşaraq dəstək olsunlar ki, hər zamankı kimi uğurlarımda onların da payı olsun”.

Tarix
2019.07.19 / 15:58
Müəllif
Kult.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla