Yuxarı

Elton ölkədən niyə gedir? "Buna etiraz etdim..."

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elton ölkədən niyə gedir? "Buna etiraz etdim..."

Ölkəni birdəfəlik tərk etmirəm, Vətənə gəlib-gedəcəyəm.

Bu sözləri Kult.az-a açıqlamasında müğənni Elton Hüseynəliyev Türkiyəyə köçməsi ilə bağlı danışarkən deyib. O, Türkiyədə təhsil alacağını da vurğulayıb:

“Elə şeylər var ki, musiqiçi olaraq bunlara dözə bilmirəm. Ölkəni tərk etmirəm, sadəcə olaraq, İstanbula köçürəm, orada yaşayacağam. İşlərim burdadır, Azərbaycana gəlib, efirə çıxacağam. İstanbulda həm də təhsil almağa gedirəm, konservatoriyada oxuyacağam. Çünki Türkiyə orkestrindən və İtaliya operasından iş təklifi almışam. Bununla bağlı danışığa gedirəm. Əgər razılığa gəlsəm, bir müddət orada işləməli olacağam”.

Müğənni sosial şəbəkədə “Gedirəm, didin bir-birinizi pul üçün. Nə qədər şərəfsiz var imiş” sözlərini niyə yazması haqda da danışıb:

“Azərbaycan çox möhtəşəm bir dövlətdir. Sadəcə olaraq, bəzi insanlar hər yerdə işləməməlidirlər. Mən də buna öz etirazımı bildirdim, çünki bəzi səbəblər var. Sözümü demişəm, peşman da deyiləm.

Bəzi adamlar var ki, dostluqlardan istifadə edirlər. Onların da zamanı var. Biz Vətənimizin oğluyuq, gördüyümüz bəzi qüsurları deməliyik. Müəyyən şeylər bilinməlidir. Sən sus, mən susum - heç kim dinməsə, necə olacaq? Tutaq ki, 500 manat maaş verilən bir yerdə pulu kəsərək, 300 manat verirlər. Bu, düzgün deyil. Təhsilini qırmızı diplomla bitirən insan baş verənləri görəndə özündən çıxır.

Bu gün Elton Hüseynəliyevi dövlət Elton edib. Həyatda bir amalım var - insanlara qarşı düz olmaq. Gərək heç kim başqasına yuxarıdan-aşağı baxmasın. Vəzifə bu gün var, sabah yoxdur. İnsan gərək həmişə öz hörmətini saxlasın”.

Qeyd edək ki, bundan əvvəl E.Hüseynəliyev Türkiyəyə köçəcəyini və dönmək fikri olmadığını yazmışdı.

Tarix
2019.10.14 / 11:10
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Onlarla mübarizəmiz daimi olacaq - İlham Əliyev

Biz Suriyaya qaz nəql edirik, qonşu ölkələrə də keçə bilərik

IV Şuşa Qlobal Media Forumu ilə bağlı - Videoçarx

Qarabağın bərpasında Azərbaycana ilk yardım edən şəxs...

İranda Azərbaycana qarşı “qaçqın dəstəsi” yaradılır

Mühüm hadisələrindən biri də BYD şirkəti ilə... - Prezident

O, mənə verdiyi suala görə vəzifəsindən uzaqlaşdırıldı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Azərbaycan-Rusiya münasibətləri tam normallaşıb

Tovuz döyüşləri bir daha sübut etdi ki... - Deputat

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla