Yuxarı

Hacıyevanın yeni albomu ABŞ-ın musiqi resursunda

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyevanın yeni albomu ABŞ-ın musiqi resursunda

Azərbaycanlı müğənni Diana Hacıyeva (Dihaj) yeni "Skins" (Qılaf) mini-albomunu təqdim edib.

Kult.az xəbər verir ki, müğənninin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bu albom yalnız ABŞ-ın "Bandcamp" musiqi portalında yerləşdirilib.

Alboma üç mahnı daxildir: "Underworld" ("Başqa dünya"), "Innosence of Inner Sense" ("Daxili hissin məsumluğu") və "Təbii seçmə".

D.Hacıyevanın sözlərinə görə, o, bu il incəsənətlə məşğul olmağa başlayıb, hətta YARAT Müasir İncəsənət Mərkəzinin rezidenti olub. Burada o, özünün iki sərgisini nümayiş etdirib. Bu hadisə müğənnini tək özünün deyil, digər art layihələrin rəssamlarının da saundtreklərinin toplandığı albom yaratmağa şövq edib.

"Hər şey çoxtərəfli istedada malik Nəzrin Məmmədovanın "İnnosence of Inner Sense" əsərinin musiqili müşayiətindən baladı. Sonra bu Dim Baidachnyi-nin videosunun sandtreki ilə davam etdi. "Natural Selection" isə mənim ARTIM-ın təşkil etdiyi "Forget What You Know, See Who I Am" ("Bildiyini unut, gör mən kiməm) festivalı çərçivəsində hazırladığım əsərimin musiqili müşayiəti ilə bağlıldır. Burada mən həyat yolumda qarşılaşdığım və münasibət qurduğum müxtəlif adamlarla bağlı istənilən zorakılıq hallarını göstərməyə çalışmışam. Məişət zorakılığından tutmuş gender aşağılamalarınadək", - Hacıyeva bildirib.

Müğənninin mini albomu ilə Amerika resursunda tanış olmaq mümkündür.

Diana Hacıyeva Avroviziya-2017 müsabiqəsində iştirakdan sonra DiHaj qrupunu yaradıb və onun tərkibində çıxış edir. O, efirdə nadir hallarda görünür, çünki əsasən xaricdə təşkil olunan layihələrdə iştirak edir.

Tarix
2019.12.22 / 22:50
Müəllif
Kult.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla