Yuxarı

Şou əhli karantindən sonra toylara neçəyə gedəcək?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şou əhli karantindən sonra toylara neçəyə gedəcək?

ATV kanalında yayımlanan "Birə-bir” verilişi müğənnilərə zəng edərək onlardan karantindən sonrakı toy qiymətlərini soruşub. Onlar el şənliklərinə icazə veriləcəyi halda qonorara endirim edəcəklərini deyiblər.

Kult.az Axsam.az-a istinadən xəbər verir ki, sənət adamları məclislərin tam və yarımsaatlıq toy qiymətlərini açıqlayıblar.

Əməkdar artist Elnarə Abdullayeva yarım saat üçün 3000-3500 manata getdiyini söyləyib.

Müğənni Bahar Lətifqızı bütün toyu əvvəl üç min manata apardığını, indi 2500 manata razılaşacağını deyib. O, endirim istəyəndə isə belə cavab verib: "Karantində biz də çörək yeməmişik. Endirim edirik, əvvəl 3000 manat idi, indi 2500 manat. Əvvəl yarım saatı 1500 manat idi, indi endirim edirik”.

Müğənni Əlikram Bayramov isə ansamblla 2500, tək isə 1500 manata toy apardığını söyləyib.

Müğənni Rəvan Qarayev "Toylar başlasın, endirimə problem yoxdur. Yarıya qədər endirim edərəm” sözlərini söyləyib.

Müğənni Səyyad Əlizadə bildirib ki, ansamblla birlikdə 5-6 min manatdır: “Tək isə yarımsaatlıq 1500 manatdır. Toylar dəqiqləşsin, endirim olacaq. Ansamblla 5 min manata gələ bilərəm. Dəqiq olsa, yarım saatı da 1200-1300 manat edərik”.

Müğənni Afət Fərmanqızı isə bütün toyu 5 min manata apardığını vurğulayıb. O bildirib ki, hazırda 40-a yaxın toyun behini alıb. İfaçı pandemiyaya görə endirim də edəcəyini bildirib.

Tarix
2021.03.22 / 14:43
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla