Yuxarı

“Bu, Röya ilə bağlı növbəti uydurmadır”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bu, Röya ilə bağlı növbəti uydurmadır”

"Verilişi başqa kanalda aparmaq fikri ola da bilməz".

Bu sözləri Röyanın prodüseri Kənan Bayramov müğənninin aparacağı verilişlə bağlı Axar.az-a danışarkən deyib:

"Biz "Röya Show"nu konkret ATV kanalı ilə razılaşmışıq və proqram yalnız bu kanalla olacaq. İlk gündən layihənin sponsorluğunu türk şirkəti üstünə götürüb. Belə olduğu halda hansı sponsor axtarışından və bu axtarışın uğursuzluğa düçar olmasından söhbət gedə bilər? Təklif onlar tərəfdən gəlib və biz qəbul etmişik. Yay mövsümünə düşdü, Avropa Oyunları və sairə kimi hadisələr verilişin gecikməsinə təsir göstərdi. Sponsor axtarışım ağ yalandır. Biz sponsorla danışmırıq axı, biz təklif olunan layihəni qəbul edirik. Qalan məsələlər bizi maraqlandırmır. Şəxsən Röya xanımın aparıcılığını şirkət özü istəyib. Bu uydurma xəbərləri kimlərsə mediaya ötürür və onu da tanıyırıq. Sadəcə, bir şeyi başa düşmürəm ki, insan nə qədər arsız olar? Axı öz dilimizlə deyirik ki, bu-bu səbəblərə görə məsələ təxirə salınır. Burada yalan niyə uydurulsun ki? Payız aylarında Röya xanım öz layihəsi ilə efirdə olacaq".

Xatırladaq ki, müğənni Röya Ayxanın "Azad Azərbaycan" telekanalında aparıcılıq etmək istəyinin baş tutmaması, ifaçının bir neçə ay öncə anons etdiyi "Röya Show" adlı proqramın yayımlanmayacağı haqda xəbərlər yayılıb. İfaçının verilişin sponsorları ilə razılığa gələ bilmədiyi qeyd edilib.

Tarix
2015.06.09 / 13:22
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla