Yuxarı

Bakıda 100 minlik evlilik təklifi edən kimdir? - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda 100 minlik evlilik təklifi edən kimdir? - Video

Bakıdakı təmtəraqlı və qeyri-adi evlilik təklifi ilə bağlı videogörüntülər ictimaiyyətdə rezonans doğurub. Paytaxtın məşhur hotellərindən birində baş tutan evlilik təklifi dəbdəbəsi ilə göz oxşayıb.

Böyük hissəsi dronla çəkilən və video çəkilişləri fotoqraf-rejissor Cəlal Kəngərliyə məxsus olan kompozisiyaya 100 mindən çox pul xərcləndiyi iddia olunur.

Kult.az xəbər verir ki, Bizim.Media-ya danışan videogörüntü müəllifi Cəlal Kəngərli sözügedən gəncin adını açıqlamayıb, lakin bildirib ki, həmin şəxs Türkiyədə yaşayan biznesmendir:

“Həyatını sıfırdan quran bir insandır. Xanımı da sadə bir vətəndaşdır və azərbaycanlı iş adamının qızıdır”, - deyə rejissor əlavə edib.

Cəlal Kəngərli videoya 100 min manat xərclənməsi məsələsinə də münasibət bildirib. O deyib ki, evlilik təklifi ilə bağlı kompozisiyaya 40 min 800 manat pul xərclənib:

“100 min iddiası doğru deyil. O gənc yaxından tanıdığım biridir. Sadəcə xərcləri o qədər tutub, şirkət xərclərini əlavə etməmişik. Normalda adi müştəri üçün belə görüntüləri 50-60 min manata edirik”.

Tarix
2021.05.24 / 16:53
Müəllif
Kult.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla