Yuxarı

Bir övladım məmur, o biri diplomatdır - Xalq artisti

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir övladım məmur, o biri diplomatdır - Xalq artisti

Heç kimin həyatına qarışmıram. Hər kəsin hüququdur həyatını istədiyi kimi yaşasın. Rahat insanam: gözüm toxdur, paxıl deyiləm, borcum yoxdur. Ömrümboyu kredit götürməmişəm. Ayağımı yorğanıma görə uzadıram. Səbrli adam olmuşam. 80 rubl maaşla iki uşaq dolandırdığım vaxt olub.

Kult.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Mənsum İbrahimov "Zaurla Günaydın" proqramında deyib. Muğam ifaçısı ilk dəfə ailəsindən danışıb:

"36 ildir evliyik. Yoldaşım coğrafiya müəllimidir. Ailədə xanımların üzərinə böyük iş düşür. Dörd övladımız var. Onların təhsili, tərbiyəsi xanımımın üstünə düşüb. Yoldaşım əməkdar müəllimdir, onun tələbələri indi yüksək yerlərdə çalışır.

Həyat yoldaşı həyatın yoldaşıdır. Mənim üçün ailə, övlad birinci gəlir. Övladlarımdan üçü artıq çalışır. Kiçik oğlum İbrahim imtahan verib, nəticəni hələ gözləyirik. Üç nəvəm var, böyüyü 8 yaşındadır. Bir qızım diplomatdır, səfirlikdə işləyirdi. İndi Xarici İşlər Nazirliyində çalışır. Digər qızım məmurdur, Milli Məclisdə işləyir. O biri qızım isə həkimdir".

Tarix
2021.07.27 / 16:12
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Rumen Radevlə görüşdü

Dublində Əliyevlə Paşinyanın görüşü gözlənilir

İlham Əliyev Dublində mühüm tədbirdə iştirak etdi

Zelenski Əliyevlə nələri müzakirə etdiyini açıqladı

Monteneqro prezidenti Azərbaycana gəlir

Azərbaycandan qazla bağlı məsələyə maraq var, çünki...

İlham Əliyev Maya Sandu ilə görüşdü - Foto

Nausedadan Bakı və İrəvanla bağlı açıqlama

Prezident Dublindəki Konqres Mərkəzinə gəldi - Video

İlham Əliyev İrlandiyada səfərdədir: Zelenski ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla