Yuxarı

Brilyant Dadaşovadan oğurluq iddiasına - Cavab

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Brilyant Dadaşovadan oğurluq iddiasına - Cavab

Plagiat iddiaları tamamilə əsassızdır.

Bu sözləri xalq artisti Brilyant Dadaşova yeni təqdim etdiyi "Bu dünya belədir" mahnısının plagiat olması iddiaları haqda Axar.az-a danışarkən deyib:

"Bu mahnının musiqisi başqadır. Sadəcə, Şopenin əsərini mahnının bir hissəsinə əlavə etmişik. Çünki bu mahnıda sevgi xətti keçir, mahnı məhəbbətə aiddir. Ona görə də mahnıda Şopendən yararlanmışıq. Mahnı da, musiqisi də yenidir. Dünən təqdim etmişik. Mahnını əməkdar artist Eldar Məmmədov aranjiman eləyib.

Bu əsər "Təhminə" filmində də gedib, bundan əlavə, "Aşk-ı Məmnu" serialında da Nihal bu əsəri ifa edib. Onda deyək ki, o filmlər də plagiatdır? Bunu heç kim deyə bilməz! "Təhminə" filmini yad etmək üçün Şopenin o mahnısını "intro"muza daxil etdik".

Xatırladaq ki, xalq artisti Brilyant Dadaşova yeni təqdim etdiyi "Bu dünya belədir" mahnısına görə pərəstişkarları tərəfindən plagiat iddiaları ilə üzləşib.

Tarix
2015.09.10 / 15:27
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla