Yuxarı

Onların Heydər Əliyev Sarayında konsertinə icazə verilmədi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onların Heydər Əliyev Sarayında konsertinə icazə verilmədi

Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.

Kult.az Olay.az-a istinadən xəbər verir ki, bu barədə aparıcı-prodüser Tarix Əliyev “Xəbərin var?” verilişində danışıb.

O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:

“Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Sarayın rəhbəri İlham Qasımovla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var. İlham müəllim dedi ki, Vəfanın repertuarında burada səslənəcək neçə mahnı var? Dedim ki, bilmirəm. Dedi ki, onda gərək bütün repertuar dəyişilsin, Saraya uyğun olsun. Nəinki Vəfaya, ora Şəbnəm Tovuzlu da daxildir. O da istəyib, maraqlanıb, icazə verməyiblər. Bu janrdakı, kateqoriyadakı müğənnilərin Heydər Əliyev Sarayında konserti mümkün deyil. Bu, pulla tənzimlənmir. Onlar gərək müəyyən mərhələlərdən keçsinlər, Yaşıl Teatrda konsert versinlər. Bildiyim qədərilə Damla və Şəbnəm orada səhnə alıb. Məsələn, Orxan Lökbatanlı Heydər Əliyev Sarayında konsert vermək istəyib, repertuarının uyğun olmadığını bildiriblər. Amma Namiq Qaraçuxurlu, Talıb Tale orada konsert verib. “Maşın şou”dan sonra Talıb Tale orada səhnə alıb. Onda bəzi istisnalar olub”.

Tarix
2024.06.27 / 23:17
Müəllif
Kult.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla