Axar.az
Yuxarı

Karantində maşınımı və bağımı satdım - Xalq artisti

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az xalq artisti Brilyant Dadaşova ilə müsahibəni təqdim edir:

- Brilyant xanım, bir neçə gün əvvəl ad gününüz idi, təbrik edirəm. Oğlunuz Cahad sizə ad günü sürprizi etdi. Bunu gözləyirdinizmi?

- Təbrikiniz üçün çox sağ olun! Cahadın ad günü tortunu gətirməsi doğrudan da mənim üçün sürpriz oldu. Çünki belə şeylər onun xarakterinə uyğun deyil. Demək ki, pandemiya dövründə ürəyimizin açılmasını ürəkdən istəyib (gülür).

- Ən gözəl təbriki kimdən aldınız?

- Sizin təbrikiniz kimi, bütün təbriklər mənə əzizdir.

- Belə gözəl qalmağı kimə və ya nəyə borclusunuz?

- Hər dəfə demişəm ki, özümü heç vaxt gözəl hesab etməmişəm. Evimizin sonbeşiyi olduğum üçün mənə sataşırdılar, “gözəl deyilsən” deyirdilər. Məni buna ömürlük inandırıblar.

- Yeganə övladınız Cahadı nə zaman evləndirmək istəryirsiniz?

- Bütün balaları Allah xoşbəxt eləsin, bizim də bircə balamızı onlarla birlikdə. Oğlum balaca olandan onun üçün qızlara baxırdım, indiyə kimi də baxıram. Əlbəttə ki, hamı kimi o da öz yarını gec-tez tapacaq. Cahad 3-4 yaşlarından evimizə gələn qadınların ayaqlarına baxırdı, nədənsə ayaqları gözəl olan qadınların dərhal dizlərini qucaqlayardı (gülür). “Mən bu qızı alıram”, - deyirdi. Çox gülməli idi. İndi biz onu tələsdirmirik. Çünki Allah qorusun, dünyada da, ölkəmiz də boşanmaların sayı getdikcə artır. Bu səbəbdən gərək gənclər min ölçüb, bir biçsinlər, sonra evlənməyə qərar versinlər.

- Brilyant xanımın bu həyatda ən böyük uğuru nədir?

- Ən böyük uğur bu işıqlı dünyaya gəlməyimizdir. Adətən insan kiçik nailiyyətlərlə özünü böyük hesab etmək kimi səhvlərə yol verir. Əlbəttə ki, ad günümdə Azərbaycan, ABŞ, Rusiya, Novreç, Almaniya və bir çox ölkələrdə yaşayan, tanıyıb-tanımadığım, əsl musiqiyə dəyər verən insanlardan təbriklərin gəlməsi mənə bu həyatda boş yerə əziyyət çəkmədiyimin sevincini yaşatdı.

- Brilyant xanımın sənət həyatında hələ də küsülü qaldığı müğənnilər varmı?

- İnsan uman yerdən küsər. Sizin dediyiniz formada ifadə etsək, “sənət həyatı”nda heç kəsdən küsmürəm. Sadəcə, nəyin nə olduğunu görüb özümdən uzaqlaşdırdığım “obyektlər” var.

- Bildiyimiz kimi, koronavirus infeksiyasının yayılması bir çox müğənnilərin toy biznesinə pis təsir edib və bəzi müğənnilər bundan şikayət edirlər…

- Karantin böyük ölkələrin iqtisadiyyatını çökdürdü. Təbii ki, koronavirusdan bütün dünya şikayət edir.

- Bəs Brilyant xanıma bu pandemiya necə təsir etdi?

- Əvvəl iki maşınımızdan birini satdıq, çünki Cahadın imkansız tələbələr üçün hazırladığı və üzərində iki ildən çox çalışdığı layihə gəlir gətirməyəcəkdi. Bunu təmənnasız etmişik. Həm də fikrimizcə, bu layihə külli miqdarda vəsait tələb edirdi. Cahad bu layihəyə başlayanda hələ pandemiyanın olacağından xəbərsiz idim. Sonra isə o proyekti tamamlamaq lazım idi. Biz də əlimizdən gələni etdik.

Ailəmiz böyük olduğuna görə Buzovnadakı şəxsi bağımızı satdıq. Onun yaxınlığında Buzovnada böyüdüyümüz atamın bağı var. Ailə üzvləri ilə ora yığışırıq. Satdığımız şəxsi bağımız isə 24 sotun içində idi. Əvvəl istədik, orada hər hansı bir təsərrüfat işi görək, sonra anladıq ki, bu da böyük məbləğdə vəsait tələb edir. Koronavirus pandemiyasının olacağını bilmirdik, yoxsa əvvəldən tədarüklü olardıq. Xərclərimizə qənaət edərdik.

Tarix
2020.09.19 / 09:17
Müəllif
Ülviyyə Mirzəyeva
Şərhlər
Digər xəbərlər

Topçubaşov və Tağıyevin nəvəsi AzTV-də - Video

Anar: Qarabağ MV qarşılığında bunu təklif etdim - Video

Bağırzadə: Allah məni iyulun 2-də dünyaya qaytardı

Leyla Əliyevanın Rasim Balayevlə - Müsahibəsi

Şəhid polkovnikin xanımı faktları açdı - Müsahibə

Rüstəm Behrudi karantini pozub, ova getdi... - Foto

Aprel savaşını yox, “kafe, bar, qız” çəkirlər – Xalq artisti

10 yaşımda Amaliya Pənahovaya aşiq oldum – Foto

Atam rəhmətə gedib, Müşfiqi də mənimsəyiblər - Müsahibə

AMEA əməkdaşlarının korona ilə bağlı şeir yazması... - Rəsmi

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla